desktop xətası
Salam. Komputerimi format etdirəndən sonra ekranda hərflər, qovluqlar böyük görünür, həm də ekrana şəkil qoymaq olmur. şəkil budur:
desktop xətası
Zəhmət olmasa kömək edərdiniz.

Sual müəllifi:

Günel

Verilmiş cavab sayı: 12

Aleykum salam. Sizin kompyuteri çox güman ki, həm təcrübəsiz, həm də işinə nalayiq yanaşan birisi formatlayıb. Həm ekran driverini yazmayıb. ona görə də desktop böyük görünür. Ekranın şəkil tənzimləmələrinin olmaması isə yazılan windows-dan asılıdır. Sizin kompyuterdə əvvəllər Windows 7 Professional və yaxud Windows 7 Ultimate sistemlərindən biri olub. ona görə də bu tənzimləmələr var idi. Kompyuterinizi formatlayan isə sistemin sürətli yazılması üçün Windows 7 Home Premium və yaxud bundan daha zəif versiyalı sistem yazıb. Buna görə ekran tənzimləmələri görünmür.
1. İlk öncə start menyusuna daxil olun Computer yazısının üstündə mausun sağ düyməsini klikləyib Manage yazısına klikləyin.


2. Device manager bölməsinə daxil olun.
Display adapters üzərində 2 dəfə klikləyin. Display adapters sözünün aşağısında kompyuterinizin videokartının adı görünəcək.


3. Onun üzərində mausun sağ düyməsini klikləyin və Properties bölməsinə daxil olun.


4. Details bölməsini açın və orada bir siyahı görəcəksiniz. Aşağıdakı şəkildəki kimi Hardware Ids seçin. bundan sonra alt-alta kodlar görəcəksiniz.
3-cü kodun üzərində klikləyin və klaviyaturadan ctrl+c düymələriylə kopyalayıb burada paylaşın.

Bu kod kompyuterinizin videokartının kodudur. videokartın driverini tapmaqda bizə kömək edəcək.
PCI\VEN_8086&DEV_0046&CC_030000
Sizin kompyuterin videokartı Intel firmasının videokartıdır. Aşağıdakı linklərdən ilk öncə netframework 4.5 yükləyin və quraşdırın:
https://cloud.mail.ru/public/BVxR/RGJCrtWws
bundan sonra aşağıdakı linkdən Intel firmasının rəsmi proqramını yükləyin və quraşdırın. Quraşdırmanın sonunda Launch seçin. Proqram açılacaq. orada yuxarı hissədə Find drivers yazısının üzərinə mausun oxunu gətirin və Auto Detect seçin. axtarış başlayacaq. Intel HD graphics adına bənzər bir yazı çıxacaq bundan sonra, sol tərəfində quş işarəsi qoyun və download düyməsini klikləyin. yüklənmə başlasın. bitdikdən sonra burda yazın. nə etmək lazım olduğunu qeyd edim.
https://cloud.mail.ru/public/JVDX/xTRnSPezL
1-ci proqramı yüklədim ancaq quraşdıra bilmədim http://hizliresim.com/l75z1k
2-ci proqramıda yüklədim http://hizliresim.com/ZDo1MZ
Bu variantı da yoxlayın. Çox güman ki alınacaq.
bu linkdən Intel ekran driverini yükləyin:
https://cloud.mail.ru/public/9qB9/BxoeyeCS9
kompyuterinizdə winrar proqramı yazılıbsa aşağıdakı kimi seçim edin, bundan sonra yüklənən fayl olan qovluqda eyniadlı bir qovluq yaranacaq. onu D diskinə köçürün.

winrar proqramı yoxdursa onda kompyuterinizdə D diski varsa D diskində bir qovluq açın. Məsələn Intel adında bir qovluq. Yüklədiyiniz driver faylını açıb faylın içindəkiləri D diskində açdığınız qovluğa köçürün və aşağıdakı ardıcıllıqları edin:
Start menyusu → Computer (sağ klik) → Manage → Device Manager → Display adapters 2 dəfə klik → açılan menyuda sağ klik edin → Properties.
Bu addımları etdikdən sonra ekranda bayaq etdiyiniz kimi pəncərə açılacaq. Açılan pəncərədə
Driver → Updater driver → Browse my computer for driver software seçin.







Browse my computer for driver software yazısına kliklədikdən sonra Browse düyməsini klikləyin və bir az əvvəl D diskinə köçürdüyünüz qovluğu seçin, OK düyməsini basın və Next düyməsini basın. Bunu etdikdən sonra yüklənmə getdiyini görəcəksiniz. Driver yüklənən zaman ekranda qırpmalar ola bilər. Yəni ekran qaralıb açıla bilər. bu sizi narahat etməsin. Driverin yazıldığını göstərir. Driver yazıldıqdan sonra ekran normal görünəcək, kompyuter restart istəsə restart edin və nəticəni burada qeyd edin.
Qeyd: Əgər bunları edən zaman çətinliklə qarşılaşsanız yazın, video dərslik çəkməyə çalışaram
Desktop -un böyüklüyü düzəldi çox sağ olun təşəkkür edirəm ancaq ekrana şəkil qoymaq olmur zəhmət olmasa onu necə düzəltmək olar qeyd edərdiniz.
Kompyuterinizdən hər hansı bir şəkli açın və şəklin üzərində mausun sağ düyməsini klikləyin, varsa Set as desktop background seçin. Ola bilər ki o söz orada olmasın. Çünki sizin kompyuterə Windows 7 Home Basic (və yaxud Starter) sistemi yazılıb.
Yalnızca Windows 7 Home Premium, Windows 7 Professional və Windows 7 Ultimate sistemlərində bu funksiya aktiv olur.
Gərək kompyuter yenidən formatlansın və Windows 7 Home Premium, Windows 7 Professional, Windows 7 Ultimate sistemlərindən biri yazılsın.
Ümumilikdə Windows 7 Ultimate yazılsa daha yaxşı olar.
Xeyr şəkil üzərində Set as desktop background yoxdur Windows 7 Starter yüklənib belə işlətsəm problem olmaz?
Çox sağ olun.
Xeyr, heç bir problemi yoxdur. Aşağıdakı şəkildə göstərdiyim bölmənin şəklini burada paylaşın. ola bilsin başqa driverlər yazılmamış qalar.onlar üçün də yükləmə linkləri paylaşım, problemlər birdəfəlik həll olunsun.
Qeyd: Kompyuterinizin markasını və modelini də yazsanız yaxşı olar.

http://hizliresim.com/Amr3Or
Notebook HP 630 Çox sağ olun təşəkkür edirəm.
Hər şey qaydasındadır. Uğurlar. Ümid edirəm daha probleminiz çıxmaz.
İnşAllah çox sağ olun Allah razı olsun.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {8} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {8}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Sniper Ghost Warrior 2 [FLT]
Administrator - Messi124, Salam. Rəyinizə əsasən oyunu eyni qaydada yüklədim və quraşdıra bildim. Çox güman ki, siz
Sniper Ghost Warrior 2 [FLT]
Messi124 - Salam , mən bu oyunu torrent vasitəsilə yüklədim, yüklənmə tamamlandı və açmağa çalışarkən belə bir
GRID 2
Administrator - Link yeniləndi.
Bakcell İlk (Qualcomm) Firmware + Driver
Administrator - Tarlan, Salam. Bakcell alov telefonları köhnə model olduğuna görə və əlimizdə bu model telefon
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
Aprel 2024 (1)
Fevral 2024 (2)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
İyul 2023 (1)
Mart 2023 (4)
Facebook səhifəmiz