Kompyuter açılmır
Sistem blokunda kulerlər, işıqlar işləyir, lakin nə mışka, nə klaviatura, nə dəki monitora görüntü işləmir. Eləcə guruldayıb durur. Sizcə problem nədə ola bilər?

Sual müəllifi:

Nasim

Verilmiş cavab sayı: 14

Salam.
1. Kompyuterin RAM-ını çıxarın, ramın tozunu və slotun tozunu təmizləyin. yerinə taxın görün açılırmı?!
2. BIOS batareyasını çıxarın, 10-15 saniyə gözləyib yerinə qaytarın, kompyuteri açın görün düzəldimi?!
3. Əlavə taxılmış videokart varsa onu çıxarın VGA kabelini platanın üzərindəki VGA çıxışına taxın. görün açılırmı? Açılsa söndürüb Çıxartdığınız videokartın tozunu təmizləyin, qaytarın yerinə, vga kabelini ona taxın, kompyuteri işə salın görün açılırmı?! Açılmasa Videokartda problem var.
4. Və ən son, əgər imkan varsa qida blokunu (Блок питания) dəyişməyi yoxlayın.
Bunların heç biri ilə alınmasa o zaman kompyuter servisinə müraciət edin.
Uğurlar.
  • Nasim
  • 17 yanvar 2016 23:46
BİOS batareyasını çıxarıb yoxlamışam olmuyub. Ramlarıda təmizləmişəm. Lakin diyər iki varyantı yoxlamamışam. Yenədə sağ olun admin
SALAM SIZIN PROBLEMİNİZİ OXUDUM VƏ BELE QƏNAƏTƏ GƏLDİMKİ YA RAM SLOTU SIRADAN ÇIXIB YADAKI BİOS CHİPİ SİZ KOMPÜTER İŞLƏYƏRKƏN DİQQƏTLƏ HDD-NİN (YADDAŞ BLOKU) SƏSİNƏ QULAQ ASIN ƏGƏR ANİDƏN DAYANMA VARSA DEMƏLİ MƏNİM FKRİM DOGRUDUR
  • Nasim
  • 18 yanvar 2016 17:50
Sitat: turaljale
SALAM SIZIN PROBLEMİNİZİ OXUDUM VƏ BELE QƏNAƏTƏ GƏLDİMKİ YA RAM SLOTU SIRADAN ÇIXIB YADAKI BİOS CHİPİ SİZ KOMPÜTER İŞLƏYƏRKƏN DİQQƏTLƏ HDD-NİN (YADDAŞ BLOKU) SƏSİNƏ QULAQ ASIN ƏGƏR ANİDƏN DAYANMA VARSA DEMƏLİ MƏNİM FKRİM DOGRUDUR


HDD normal işləyir. Yəni dayanma yoxdur. Ram stolu 3 dənədi diyər yerlərə ramı taxandada eyni nəticə verir

Admin dediklerivizin hamısını yoxladım heç bir nəticə vermədi. sizcə problem nədən ola bilər ?
Videokartı çıxarın və vga kabelini plataya qoşun və imkan varsa başqa RAM yoxlayın. Əgər işləsə videokartı taxın və yenidən təzə ramla kompyuteri işə salın. Normal qaydada açılsa RAM xarab olub.
Bu da effekt verməsə turaljale adlı istifadəçinin qeyd etdiyi kimi BIOS çipi zədə görmüş ola bilər.
Bu problem bəzən CPU-dan da qaynaqlanır. Yoxlamaq lazımdır
  • Nasim
  • 19 yanvar 2016 19:07

ekranın görüntüsü gəldi ama bunun nə olduğunu anlamadım
Orada yazılıb ki, Seçilmiş disk mövcud deyil.
Hard diskin kabellərini çıxarıb yenidən yerinə bərkidin. Ola bilsin boşluq yaranıb. BİOS-a daxil olub baxın görün BİOS-da HDD tanıyırmı?
Tanısa sistem çökmüş ola bilər. Format etməyi yoxlayın.
  • Nasim
  • 19 yanvar 2016 19:28
Format edirəm diski görür format edirəm sistemdə ustanofka olunur. Perezaqruskadan sora hard diskə müraciət edəndə belə yazı gəlir

Kabelini deyişdim. Təzə kabelilə quraşdırdım. Eyni yazı gəldi
  • Nasim
  • 20 yanvar 2016 11:23


Sarı lenta ilə Hard disk, qırmızı sata kabelnən isə diskavod qoşulub. Ayrı ayrı qoşulduğuna görə ola bilərmi ?
Xeyr, əgər kabellərdə problem yoxdursa ekranda görünən problem ondan deyil.. Kompyuterin HDD-ni yoxlamaq lazımdır. Qiyabi olaraq dəqiq bir söz demək olmur.
Qardaş bu problem windows -dan ubuntu systeminə keçəndə bəzən olur sən HDD ni format edende birləşdir və yinidən böl 2 hissəyə bundan sonra düzəlməsə çox ehtimal ki sənin HDD müəyyən hissəsi zədələnib format edəndə diskləri birləşdir gör nə olacaq nəticəni yazarsan
  • Nasim
  • 22 yanvar 2016 21:58
Nəticə dəyişmədi. Lakin mən başqa yolnan bu problemi aradan qaldırdım. Yenədə çox sağ olun əziyətinizə görə.
Hansı yolla həll etmisinizsə zəhmət olmasa yazın. Başqası qarşılaşsa istifadə edə bilsin deyə.
  • Nasim
  • 29 yanvar 2016 14:47
Bəlkədə problem prosessorda olub. Çünki yoxlamaq üçün prosessorunu dəyişib eyni model başqa bir prosessor yerləşdirdim və açıldı
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {10} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {10}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Sniper Ghost Warrior 2 [FLT]
Administrator - Messi124, Salam. Rəyinizə əsasən oyunu eyni qaydada yüklədim və quraşdıra bildim. Çox güman ki, siz
Sniper Ghost Warrior 2 [FLT]
Messi124 - Salam , mən bu oyunu torrent vasitəsilə yüklədim, yüklənmə tamamlandı və açmağa çalışarkən belə bir
GRID 2
Administrator - Link yeniləndi.
Bakcell İlk (Qualcomm) Firmware + Driver
Administrator - Tarlan, Salam. Bakcell alov telefonları köhnə model olduğuna görə və əlimizdə bu model telefon
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
Aprel 2024 (1)
Fevral 2024 (2)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
İyul 2023 (1)
Mart 2023 (4)
Facebook səhifəmiz