192.168.1.1 açılmır
Salam..192.168.1.1 linkinə girmir mənim modemimdə.. zaqruska gedir ama girmir.. parol falan da istəmir.. admin admin yazıb girirdim hər dəfə, artıq gəlmir elə bir şey.. wi fi-ın tənzimləməsində İpv4 -ə girirəm İP adres boşdur..orda 192.168.1.1 qeyd edirəm, aşağı 255.255.255 .000 düşür.. sonra ama internet işləmir onda.. problemi diaqnostika verirəm internet düzəlir ama İP adress silinir ordan.. bu problemi necə həll etmək olar?

Sual müəllifi:

Dr.Hedi

Verilmiş cavab sayı: 17

Salam. Əvvəlcə IPv4-ə aydınlıq gətirim.
IPv4 - Internet Protocol version 4.
Siz bundan o vaxt istifadə edə bilərsiniz ki, provayderinizdən statik IP alasınız. Provayderin sizə verdiyi həmin IP-ni oraya yazasınız. Bundan sonra oraya yazdığınız IP ilə internetə daxil olmaq mümkünləşir.
Daxil olduğunuz həmin IPv4 menyusu Modemin tənzimləməsi deyil. Sistemin tənzimləməsidir. Siz o xanalara IP yazanda sistem modemin provayderdən aldığı IP-ni yoxlayır, üst-üstə düşməyəndə internet kəsilir. Yalnızca siləndən sonra sistem modemdən avtomatik IP alır və internetə daxil ola bilirsiniz.
İndi isə keçim 192.168.1.1 probleminə. Bu səhifənin açılmaması probleminin ən geniş yayılmış səbəbi son 2-3 il ərzində yayılmış dumpper proqramından istifadədir. Başqaları o proqramdan istifadə edib sizin modemə daxil ola bilir və sizin modemdə problemlər çıxarır.
Bunun üçün sizə məhləhət görərdim ki, modemi reset edəsiniz və yenidən tənzimləyəsiniz. Aşağıdakı şəkildə göstərilən yerdə isə mütləq NO seçib yaddaşa salın ki, daha heç vaxt sizin modemə kənardan müdaxilə edə bilməsinlər.


Alındı..Çox sağ olun..Təşəkkür edirəm..:)
Buyurun. Xoşdur.
Salam məndə də girmir 192.168.1.1-ə. bizim wifiyə giriblər mən reset atmaq istəyirəm ama bilmirəm necə edim bilən varsa yazsın zəhmət olmasa
Sitat: Kenan RkEo
Salam məndə də girmir 192.168.1.1-ə. bizim wifiyə giriblər mən reset atmaq istəyirəm ama bilmirəm necə edim bilən varsa yazsın zəhmət olmasa


Salam. Əgər modemin tənzimlənməsini bilirsinizsə əvvəlcə provayderinizdən login və parolu öyrənin. daha sonra modeminizi reset edin. ən sonda isə aşağıdakı şəkildə göstərilən yerdəki kimi işarə edin.
QEYD. Şəkildə Use WPS yazılıb. Ola bilər ki, sizin modemdə QSS və yaxud WMM yazılmış olar.
Hər 3 halda eyni funksiyadır.
YES işarələnibsə NO seçin və yaxud Enable yazılıbsa Disable seçin və yaddaşa verin. Bundan sonra heç kəs modeminizə sizdən icazəsiz qoşula ola bilməz.

yox bilmirəm. elə onu öyrənmək istəyirəm ki nastroyka eləyim.
modemin arxasında reset yerinə basandan sonra nə edim bilmirəm. xahiş edirəm, bilirsinizsə deyərdiniz.
Sitat: Kenan RkEo
yox bilmirəm. elə onu öyrənmək istəyirəm ki nastroyka eləyim.
modemin arxasında reset yerinə basandan sonra nə edim bilmirəm. xahiş edirəm, bilirsinizsə deyərdiniz.


Çalışaram qısa vaxtda sizin üçün video dərslik hazırlayam. Siz interneti haradan aldığınızı yazın zəhmət olmasa. Məsələn ATS-dən qoşdurmusunuz, yoxsa hansısa şirkətdən alırsınız? Alfanet, Connect, AzStarnet və s. bu kimi provayderlər. Hansından istifadə edirsiniz?
ATS bakinternet di
indidən çox sağ olun
alinmadi admin?
İnşallah sabah paylaşacam..
Sitat: Administrator
İnşallah sabah paylaşacam..

İnşallah paylaşanda bura paylaşacaqsınız ya başqa yerə?
Lazımi avadanlığın əldə edilməsi vaxt aldığı üçün videonun paylaşılması gecikdi.
Buyurun, TP-Link modem tənzimləməsi:
https://www.youtube.com/watch?v=bTymWG3egfo
Admin cox saqol Allah razi olsun)
Buyurun, Xoşdur.
Qeyd edim ki, mənim videoda yazdığım 4444444 rəqəmləri şərtidir. yəni siz o cür yazmalı deyilsiniz. Provayderlə əlaqə saxlayıb öyrənə bilərsiniz.
Provayderin əlaqə nömrəsini bilmirsinizsə mənə şəxsi mesajla ev telefon nömrənizi yazın. Lazımi köməkliyi etməyə çalışaram.
cox sağ ol. xeyr,nömrəni bilirəm. Sabah edəcəm reseti. alınsın əlimdən gəldiyi qədər videonu paylaşaram çünki ona ehtiyacı olan çoxdu
İnşallah xeyrini görənlər çox olar.
çox sağ ol admin. elədim bu gün alındı, sağ ol.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {22} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {22}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Olduqca maraqlı bir problem yaşayırsınız. Ümumiyyətlə saytdakı heç bir proqramın
Adobe After Effects 2024 v24.3.0.050
Omar Agazada - Bəli mən sizin veb saytdan istifadə edib yükləmişəm. çox adobe programlarını və photoshop
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Qeyd etdiyiniz proqramı saytımızdan yükləmisiniz? Saytda gördüyünüz bütün proqramları
Adobe Photoshop 2024 (v25.2.0.196)
Administrator - Omar Agazada, Salam. Saytda paylaşılan heç bir proqramda kompüterinizə zərər verəcək viruslar
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2024 (2)
İyun 2024 (1)
Aprel 2024 (1)
Fevral 2024 (1)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
Facebook səhifəmiz