Avast xəbərdarlıq
Salam mənim komputerimdə avast proqramıdır.Tez tez xəbərdarlıq edir internetdən də heç nə yükləmirəm şəklinidə qoyuram http://hizliresim.com/rQ6RGB zəhmət olmasa cavablandırın.

Sual müəllifi:

xeyalen

Verilmiş cavab sayı: 18

Aleykum salam.
klaviyaturadan windows+r düymələrini sıxın. açılan pəncərədə msconfig yazıb enter düyməsini basın. yeni bir pəncərə açılacaq. (aşağıda göstərilib).
Aşağıda göstərilmiş yerdə avastdan başqa bütün proqramların qarşısından quş işarəsini silin və OK edin.
Kompyuteri söndürüb yandırın görün eyni problem yenə olurmu?! Nəticəni qeyd edərsiniz.


Əvvəlcədən götürmüşəm tək avastı saxlamışdım ancaq yenə düzəlmədi birdə avast sistemi aradı şəklini qoyuram http://hizliresim.com/VVPa6n iki proqramı göstərdi biri internet download manager, Lavasoft.SearchProtect dir ikisinidə silmişəm internet download manager silinir ancaq o birisi silinmir ola bilsin ki ondandır onu necə silə bilərəm? Çox sağ olun.
Lavasoft.SearchProtect reklam xarakterlidir. hansısa bir pulsuz proqramla birlikdə yüklənib. Əgər o proqramın yükləndiyi qovluğun yerini bilirsinizsə aşağıda göstərdiklərimi edin.
1. msconfig-ə daxil olun. aşağıdakı şəkildə göstərilən yerdə quş işarəsi qoyun və OK düyməsini basın. restart edin. Bu təhlükəsiz rejimdir. Bu rejimdə heç bir proqram, drayver işləmir (klaviyatura, maus istisna olmaqla). restartdan sonra görəcəksiniz ki ekranda hər şey böyük görünür. Bu sizi narahat etməsin. Lavasoft.SearchProtect qovluğu hardadırsa oraya daxil olun və həmin qovluğu shift+delete düymələriylə silin.


2. windows+r düymələrini basın və regedit yazıb enter basın. aşağıda göstərdiyim yerlərdə Lavasoft.SearchProtect qovluqlarını tapıb silin. Ehtiyyatlı olun, səhvən başqa proqramların qovluqlarını da ordan silməyin!





3. Yuxarıdakıları etdikdən sonra bütün pəncərələri bağlayın. msconfig açın və bayaq quş qoyduğunuz yerdən quş işarəsini silib OK basın. Kompyuteri restart edin. bundan sonra hər şey normal görünəcək. və baxın görün Avast yenə eyni problemi göstərirmi?!
Uğurlar.


Qovluğun yerini bilmirəm siz deyən yerdən axtardım o ad da qovluq yoxdur başqa hara düşə bilər?
Avastla C diskini yoxlayın. Əksər hallarda virus olan qovluğu avast göstərir. Yoxlanış bitdikdən sonra virus tutubsa virusun adının qarşısında o virusun yerləşdiyi qovluğun yolu göstərilir. Məsələn: C:\program files\qovlugun adi\
Yoxladım və bəzi qovluqlar taranmadı yazıldı şəklini qoyuram http://hizliresim.com/0qlaA9
Çox sağ olun.
Onlar downloads qovluğundadır. özünüz o qovluğa daxil olub silə bilərsiniz. orda programs qovluğu var.
problem hələ də davam edir?

C diskində İnstall qovluğu var idi onu sildim hələki xəbərdarlıq olunmur ancaq avastda arayanda Lavasoft.SearchProtect bu qovluq qalib silinmir insAllah o da silinər hələki yaxşıdır Çox sağ olun təşəkkür edirəm.
Avastda həmin Lavasoft.SearchProtect yazılan yerdə sizin yuxarıdakı şəkildəki kimi bir qovluq yolu göstərilməyib? əgər göstərilibsə təhlükəsiz rejimdə o qovluqdan silmək olar. Avastda o yer görünürsə şəklini çəkib burda paylaşın. izah edim necə etmək lazımdır..
məsələn, bu cür.

Avast yenə xəbərdarlıq verdi mən baxdım siz deyən kimi şəklini qoyuram problem həmən fayldadır onu silmək olmur http://hizliresim.com/VVPOmV
Qətiyyən onu silməyə cəhd etməyin. o silmək istədiyiniz sistem faylıdır. silmək olmaz. Virus o faylı viruslayıb, ona görə avast onu virus kimi görür. Yaxşı olar ki, kompyuterinizi formatladasınız.
Formatlamaq istəmirəm 3 aydı formatladığım heç cürə təmizləmək olmaz? birdə ziyanı varmı?
Bəli ziyanı var. problem böyüsə sistem açılmaya bilər gələcəkdə. Məcbur formatlatmalı olacaqsınız onda. Aşağıdakı linkdən kaspersky Removal Tool yükləyin. bir dəfə onunla sistemi yoxlayın..
[Daxil Olun]
Salam kaspersky Removal Tool yoxladım yoxlanış bitəndən sonra pəncərə açıldı şəklini qoyuram ordan hansını seçim? http://hizliresim.com/rQ6Az7
1-ci və 2-cidə delete seçin. 3-cünü skip edin, continue seçin.
Etdim hələki avast xəbərdarlıq etmir çox sağ olun təşəkkür edirəm.
Buyurun, xoşdur. Ümid edirəm proqram quraşdırarkən diqqətli olarsınız və daha bu cür problemlərlə qarşılaşmazsınız. Uğurlar.
İnsAllah təşəkkür edirəm Allah razı olsun.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {4} Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {4}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Olduqca maraqlı bir problem yaşayırsınız. Ümumiyyətlə saytdakı heç bir proqramın
Adobe After Effects 2024 v24.3.0.050
Omar Agazada - Bəli mən sizin veb saytdan istifadə edib yükləmişəm. çox adobe programlarını və photoshop
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Qeyd etdiyiniz proqramı saytımızdan yükləmisiniz? Saytda gördüyünüz bütün proqramları
Adobe Photoshop 2024 (v25.2.0.196)
Administrator - Omar Agazada, Salam. Saytda paylaşılan heç bir proqramda kompüterinizə zərər verəcək viruslar
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2024 (2)
İyun 2024 (1)
Aprel 2024 (1)
Fevral 2024 (1)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
Facebook səhifəmiz