whatsapp
salam mən komputerə whatsapp yükləmişəm. açıram, axtarış yerinə whatsapp yazıram axtarır, ancaq heç nə gəlmir. Zəhmət olmasa bilənlər cavablandırsın. əvvəlcədən təşşəkür edirəm.

Sual müəllifi:

xeyalen

Verilmiş cavab sayı: 39

Aleykum salam. siz whatsapp yazmaq üçün hansı proqramdan istifadə etmisiniz? bluestacks proqramı yoxsa Youwave proqramı?

 

bluestacks proqramından
proqramda mışkayla yuxarı-aşağı edin. standart olaraq whatsapın belə bir işarəsi olur. onun üzərində klikləyin. quraşdırma başlamalıdır.qeyd edim ki, qeydiyyat edən zaman sizin gmail.com mail adresində hesabınız olmalıdır
 

proqramda whatsapp işarəsi yoxdur mən hesab açmışam  mən bura şəkil yerləşdirə bilmirəm desəydiniz necə qoya bilərəm qoyardım. 
şəkil yerləşdirmək üçün aşağıdakı sayta daxil olun.
 
aşağıdakı şəkildəki boz butona klikləyin, şəkli seçin, və upload düyməsinə klikləyin. Direct Access xanasındakı linki kopyalayıb burada şərhdə yazın..


salam axşamınız xeyr mən necə olur şəkili qoyuram http://hizliresim.com/LpM2XJ
hər vaxtınız xeyir.. deyəsən siz bluestackın köhnə versiyasını yükləmisiniz. çünki sizin yüklədiyiniz bluestacksdakı menyuların görünüşü fərqlidir. onu silin.. aşağıdakı linkdən yeni versiyasını yükləyin.
linkə klikləyən kimi yükləmə başlayacaq. proqramı quraşdıran zaman bütün aktiv proqramları bağlayın..
 salam hər vaxtınız xeyr bayramınız mübarək mən yüklədim alındı sağ olun bir daha təşəkkür edirəm.
Aleykum salam. Çox sağ olun. Sizinlə bahəm.. Alındığına sevindim. Uğurlar. 
Sitat: Administrator
Aleykum salam. Çox sağ olun. Sizinlə bahəm.. Alındığına sevindim. Uğurlar. 

salam mən whatsapp yüklədim mən sonra işlədə bilmədim tez-tez qaralma verdi şəkillərini qoyuram zəhmət olmasa cavab yazarsınız.sağ olun.  http://hizliresim.com/oAWXN9
http://hizliresim.com/zmkjO7
http://hizliresim.com/DlbYq3
http://hizliresim.com/39Z639
Aleykum salam. Şəkilləri yenidən yükləyin zəhmət olmasa.. açılmır çünki
http://hizliresim.com/XB1NaO
mən whatsappa daxil olanda bu şəkildəki kimi olur. Birdə mən sizə keçən dəfə göndərdiyim şəkil açılmışdı? künçü onu göndərdiyim kimi göndərmişəm.
aha indi görünür.. o mərhələni keçmək üçün sizin gmail.com adresində hesabınız olmalıdır. əgər varsa onda növbəti addıma keçib etdiklərinizin şəklini yerləşdirin zəhmət olmasa.
 bəli hesabı var mən əslində daxil oluram sadəcə həmən pəncərə qaralır tez-tez heç nə edə bilmirəm

http://hizliresim.com/223dy2
şəkli yenidən yükləyin. yenə açılmır.
salam sabahınız xeyr http://hizliresim.com/7on07P  whatsapp açılır ancaq tez qaralır.
  
Aleykum salam. Hər vaxtınız xeyir. Zəhmət olmasa kompyuterinizin parametrlərini bilirsinizsə yazın. Ram, prosessor.. bunları..
ola bilər ki sizin kompyuterin parametrləri bluestacks proqramı üçün kifayət eləmir və ekran qaralır..
system Windows 7 Professional 32-bit (6.1, Build 7601)
HP 630 Notebook PC 
processor- Intel(R) Core(TM) i3 CPU   M 370 @2.40GHz (4 CPUs),  - 2.4GHz
ramı 4096MB RAM 

Sizin kompyuterinizin parametrləri yaxşıdır. Mən bluestacks firmasıyla əlaqə qurmağa çalışacam. problemi onlara bildirəcəm görüm nə cavab verirlər.. verdikləri cavabı burda qeyd edəcəm..
çox sağ olun təşəkkür edirəm gözləyəcəm.
Əlaqə saxladım və aşağıdakı kimi cavab aldım:
anladığım qədər qara ekran problemi 2 səbəbdən olur.
1-cisi videokartın driverinin köhnə olmasından.
2-cisi bluestacks proqramının köhnə olmasından.
2-ci problem deyil, çünki yeni versiyasını yükləmisiniz. yeganə qalan variant videokartın driverinin köhnə olmasıdır.. sizin kompyuterdə videokart hansı firmanındır? ATİ, Nvdia, yoxsa Intel?
 Bluestacks-a sualım:
I have black screen problem on bluestacks. How can I fix this problem?
Bluestacks-ın cavabı:

1. Very old graphics driver on the system: In this case you can try updating your graphics driver by clicking on the link mentioned below:

http://support.bluestacks.com/hc/en-us/articles/203077967-How-to-Update-my-PC-s
-Graphics-Card-Driver-

2. Older version: You might be using older version of the app player. Kindly install the latest version of the app player from our website www.bluestacks.com which contains fixes for this issue.


məngə Intel dir onu hardan bilmək olar zəhmət olmasa deyin dəqiq deyim.
Ekranda Kompyuter ikonunun üstündə mausun sağ düyməsini klikləyin.. sistem ruscadırsa Управления, ingiliscədirsə Manage yazısı görəcəksiniz. ora daxil olandan sonra. Ing dilində Device manager, Rus- Диспетчер устройств, bura daxil olandan sonra sağ tərəfdə İng dilində - Video adapter, Rus - Видеоадаптер görəcəksiniz. onun sol tərəfində kiçik üçbucaq ox işarəsi var, onu klik edin, orda videokartın adı olacaq. ola bilər sizin kompyuterdə 2 videokart olar, hər ikisinin adını qeyd edin.
məndə başlığın adı budu sound, video and game controllers
2 dənədi  
Intel(R) Display Audio
Realtek High Definition Audio 
bu deyilsə şəklini qoyuram http://hizliresim.com/WV3Ag4
Aşağıdakı şəkildə işarələdiyim yerdə Display Adapter yazılanın üstündə klikləyin, ordakının adını yazın və yaxud şəkil yerləşdirin..
 

bir dənədi 
Intel(R) HD Graphics
1. Aşağıdakı linkdə daxil olub intelin rəsmi yeniləmə proqramını yükləyin.
2. Proqramı quraşdırın.
3. sonda Launch əmrini seçin, proqram aşağıdakı kimi açılacaq.. ardıcıllığı aşağıdakı şəkillərdəki kimi edin. 
Nəzərinizə çatdırım ki driver yenilənən zaman ekranda qırpmalar ola bilər, ekran qaralması açılması ola bilər. bu sizi qorxutmasın. driver yazıldığına görədir.
Bunları etdikdən sonra yenidən bluestacks proqramını açın görün whatsapp-da problem varmı?!








sağ olun mən proqramı yükləmişəm ancaq aktiv etməmişəm künçü bilmək istərdim ona görə ki mənim komputerim onsuzda biraz yükləndi qaralır sonra ziyan etməz? yəni qaralıb sonra açılır.
Driver yeniləməsinin kompyuterə ziyanı yoxdur. sadəcə bunu edən zaman bütün proqramları bağlayın, bircə brauzer açıq qalsın ki, ardıcıllığı unutmayasınız. şəkillərə baxıb quraşdırasınız.. yuxarıda qeyd etməyi unutmuşam.. Sonuncu şəkildəki Restart Required yazısına klikləyəndə kompyuter sönüb yanacaq. yəni restart olacaq. siz sadəcə gözləyin.
çox sağ olun yükləyib yazacam.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {5} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {5}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Olduqca maraqlı bir problem yaşayırsınız. Ümumiyyətlə saytdakı heç bir proqramın
Adobe After Effects 2024 v24.3.0.050
Omar Agazada - Bəli mən sizin veb saytdan istifadə edib yükləmişəm. çox adobe programlarını və photoshop
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Qeyd etdiyiniz proqramı saytımızdan yükləmisiniz? Saytda gördüyünüz bütün proqramları
Adobe Photoshop 2024 (v25.2.0.196)
Administrator - Omar Agazada, Salam. Saytda paylaşılan heç bir proqramda kompüterinizə zərər verəcək viruslar
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2024 (2)
İyun 2024 (1)
Aprel 2024 (1)
Fevral 2024 (1)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
Facebook səhifəmiz