Ümumxalq Hüzn Günü - 20 Yanvar
Ümumxalq Hüzn Günü - 20 Yanvar


1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi.
Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi.
Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi.
Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.


Ümumxalq Hüzn Günü - 20 Yanvar




ALLAH şəhidlərimizə rəhmət eləsin , Qəbirləri nurla dolsun !

Sual müəllifi:

Nazim

Verilmiş cavab sayı: 0

Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {2} Qonaq, Qonaq

Axtarış sistemləri: {1} Yandex

Ümumi: {3}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Olduqca maraqlı bir problem yaşayırsınız. Ümumiyyətlə saytdakı heç bir proqramın
Adobe After Effects 2024 v24.3.0.050
Omar Agazada - Bəli mən sizin veb saytdan istifadə edib yükləmişəm. çox adobe programlarını və photoshop
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Qeyd etdiyiniz proqramı saytımızdan yükləmisiniz? Saytda gördüyünüz bütün proqramları
Adobe Photoshop 2024 (v25.2.0.196)
Administrator - Omar Agazada, Salam. Saytda paylaşılan heç bir proqramda kompüterinizə zərər verəcək viruslar
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2024 (2)
İyun 2024 (1)
Aprel 2024 (1)
Fevral 2024 (1)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
Facebook səhifəmiz