Bu dərslikdə sizlərə Apple iCihazınıza jailbreak yazmaq qaydası göstərilib.
Qeydlər:
1.iCihazınızda hər hansı problem yaşansa Windows-az.net məsuliyyət daşımır. 2.iTunes 12.0.1 versiya olmalıdır. 3.Jailbreak etməzdən öncə restore etməyiniz məsləhət görülür. 4. Start jailbreak mərhələsindən sonra airplane mode salınmalıdır.
1.Pangu.io rəsmi səhifəsindən Pangu proqramını yükləyirik.
2. Pangu proqramını açıb, iCihazımızı komputerə qoşuruq. Şəkildə gördüyünüz kimi Start Jailbreak yazısı gəldikdə buttona klikləyirik.
3.Burada iCihazınızı airplane moda keçirməyinizi bildiriş edilir. Airplane mode keçirdikdən sonra Already did buttonuna klikləyərək irəliləyirik.
4.Artıq jailbreak qurulur, iCihaz bir neçə dəfə yenidən başladılacaq.