Dünyanın yeni qorxulu yuxusundan biri olan Ebola artıq insandan insana deyil, kompyuterdən kompyuterə də keçir. İnternetdə Ebola adının istifadə edildiyi elektron məktublardan (e-mail'lərdən) ehtiyatlı olun. Gün keçdikcə xakerlər istifadəçilərin kompyuterlərini ələ keçirmək üçün yeni vasitələr hazırlayırlar. Bu dəfə də xakerlər Dünya Sağlamlıq Təşkilatının adından istifadə edərək elektron məktub (e-mail) göndərirlər. Bu elektron məktub (e-mail) ilk baxışdan rəsmi dillə yazıldığına görə istifadəçilər bu elektron məktubda təhlükənin gizləndiyini başa düşmürlər. Bu e-mail ilə birlikdə fayl da göndərilir və faylın içində Dünya Sağlamlıq Təşkilatının insanlara kömək üçün qorunma üsulları haqda məlumatın yazıldığı qeyd olunur. E-mail adresinə şəkil və winrar formatı ilə göndərilən faylın içində adı çəkilən təhlükə - virus gizlədilibdir. İstifadəçi faylı yükləyib açdıqda isə virus kompyuterə yayılır. Bu virusdan qorunmaq üçün e-mail adresinizə gələn məktublara diqqət yetirin. Diqqətinizə Görə Təşəkkürlər!!!