Windows 7 quraşdırılması (Formatı) - Windows 7 installation (Format)


 
 

Hər kəsə salamlar.. Bu günkü dərsimizdə sizlərə Windows 7 əməliyyat sisteminin quraşdırılmasını (Windows 7 ilə kompyuterin formatlanmasını) göstəririk...


 
 
1. Windows 7 diskini kompyuterə daxil edib kompyuteri söndürüb yandırmaq (restart etmək) lazımdır. Boot menu'ya daxil olub Disk Oxudan qurğunu seçmək və Enter düyməsini sıxmaq lazımdır.
 Boot menyunun düyməsi kompyuterdən asılı olaraq fərqli ola bilər. Məs: Esc, Delete, F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, F10, F11, F12.
 Bu zaman aşağıdakı yazı gələ bilər. Bu zaman klaviyaturadan istənilən düyməni basmaq lazımdır ki Disk oxudan diski oxusun.
 
Press any key to boot from CD or DVD... - CD və ya DVD'dən boot etmək üçün istənilən düyməni basın...


 
 
2. Bu yazılarla qarşılaşanda kompyuterinizin parametrlərinə uyğun seçim etməlisiniz. Əgər kompyuterinizin ramı 4 və 4-dən yuxarıdırsa x64 seçimini edin... Əgər RAM 4-dən kiçikdirsə x86 seçimini etməyiniz məsləhətdir.


 
 
3. Disk oxudan diski oxumağa başlayıb. "Windows is loading files - Windows faylları yüklənir...


 
 
4. Bu pəncərəylə qarşılaşanda 1ci siyahıdan istəyinizdən asılı olaraq Rus və İngilis dillərindən birini seçə bilərsiniz. 


 
 
5. Burada 1-ci siyahıdan istədiyiniz dili seçin (Mən İngilis seçmişəm). 2-ci siyahıdan Rus dili seçməyiniz məsləhətdir. 3-cü siyahıdan isə istənilən birini seçə bilərsiniz (Olduğu kimi saxlamağınız məsləhətdir).


 
 
6. Burada Install now seçin...


 
 
7. Gözləyirik...


 
 
8. Burada istədiyiniz versiya Windows 7 seçmək imkanı vardır. x86 və yaxud x64 seçimləri arasında qalsanız 2-ci yazımda qeyd etdiyim kimi seçim edin.


 
 
9. Burada şəkildəki kimi işarələmə edib Next düyməsini basmaq lazımdır.


 
 
10. Şəkildə işarələnmiş seçimi seçin...


 
 
11. Burada sizin kopyuterinizin yaddaşları görünəcək. Burada 1, 2 və daha çox yaddaş sahəsi ola bilər.. Əksər hallarda 2 yaddaş sahəsi olur. Əgər 2 yaddaş sahəsi varsa ilk öncə sistem diski hansı idisə o disk üzərində əməliyyatlar aparmalısınız. Digər disklərə toxunsanız şəxsi fayllarınız silinə bilər. 
 Bir çox hallarda burada 100 MB-lıq disk sahəsi də olur. Onu da format etmək lazımdır.
 Bu pəncərə qarşınıza çıxan zaman şəkildə göründüyü kimi seçim etməlisiniz.


 
 
12. Yuxarıdakı kimi seçim etdikdə aşağıdakı kimi seçimlər qarşınıza çıxacaq. Bundan öncəki yazıda qeyd olunduğu kimi, sistem üzərində mausun sol düyməsini klikləyib Format düyməsini seçmək, açılan pəncərədə təstiqləmə edib Next seçmək lazımdır...


 
 
13. Yuxarıda yazılanları problemsiz etmisinizsə aşağıdakı pəncərəylə qarşılacaqsınız. Bu artıq Windows 7 sisteminin yazılması prosesidir. Gördüyünüz kimi 5 ədəd addımdan ibarətdir. Bu addımların bitməsini gözləməlisiniz. Bu proses gedən vaxt kompyuter sönüb yana bilər. Bu zaman heç bir şeyə toxunmaq olmaz.. Press any key to boot from CD or DVD... yazısı çıxanda da heç bir şey etmək lazım deyil. Sönüb yanandan sonra aşağıdakı pəncərə sistemin yüklənməsini bitirmək üçün təkrar çıxacaq.


 
 
14. Yuxarıdakı proseslər uğurla başa çatdıqdan sonra kompyuter sönüb yanacaq və bu pəncərə qarşınıza çıxacaq. Burada sisteminizə ad verməlisiniz. Burada istənilən bir ad yaza bilərsiniz. 1-ci xanaya istənilən bir ad yazın, 2-ci xanaya toxunmayın və Next seçin...


 
 
15. Burada sistemə şifrə verə bilərsiniz. Kompyuter hər dəfə açılanda sizdən şifrə istəyəcək... Bunu istəmirsinizsə xanaları boş saxlayın və Next seçin.


 
 
16. Next seçin...


 
 
17. Burada gələcəkdə çıxa biləcək problemlərin qarşısını almaq üçün 3-cü xanadakı Ask me later seçimini edin.


 
 
18. Bu pəncərə ilə qarşılaşan zaman şəkildə göstərildiyi kimi seçimlər edib Next edin...


 
 
19. Sistem artıq işləmək üçün hazırlanır... Gözləyirik...


 
 
20. Bu sistemin salamlama pəncərəsidir. Kompyuter hər dəfə açılanda bu yazı ilə qarşılaşacaqsınız...


 
 
21. Sistem artıq işləmək üçün hazırdır...



...Bu qədər...
...Uğurlar...



Windows 7 - x86/ x64 _[Yüklə]_

Hər 3 part yüklənməlidir!!!


Partların birləşməsini aşağıdakı dərsliyə baxaraq edə bilərsiniz


    Yükləmə Linkləri
    Diqqət! Yükləmə linklərini görmək üçün xahiş olunur Qeydiyyat keçəsiniz
Təşəkkürlər çox sağ olun smile
  • Amidso
  • 12 sentyabr 2014 09:59
Bu sistem orijinal sayilir? fellow
Amidso, orjinal deyil amma orjinaldan da fərqlənmir...
  • 20 sentyabr 2014 16:27
Format artıq demək olarkı qüvvədən bir düşmüş prosesdir ən gözəli bir dəfə effektli foratdan sonra acronislə ghostun çıxar kompun və hər dəfə format və driver kimi yorucu işləmlərlə beynivi ziyan eyləmə.
Bu xəbər bilməyənlər üçün paylaşılıbdır... xahiş olunur ki, zəhməti dəyərdən salmayasınız.
  • Joker
  • 21 sentyabr 2014 11:02
The Karizma, siz dediyiniz üsul əlverişli deyil. Ümumiyyətlə hər kompyuter 4 aydan bir format olunmalıdır. Həm kompyuter rahatlayır, yüngülləşir, sürətlənir, həm də sistem yenilənir.
Salam bu 3 proqramıda disqə yükləyim ?
Driver də olacaq yoxsa farmatdan sonra yükləməliyəm ?


Rəy administrator tərəfindən redaktə olundu.
aliqayev, yüklədikdən sonra birini açın və orda gördüyünüz Owner adındakı faylı dartıb bir papkaya atın.. həmin faylı diskə yazın..
driver üçündə disk lazımdır yoxsa özü yükləyəcək driverləri ?

Rəy administrator tərəfindən redaktə olundu.
aliqayev, bəzi driverləri özü yaza bilər... amma yenə də sizə driverlər lazım olacaq. yaxşı olar ki kompyuterinizin rəsmi saytından driverləri yükləyib hazır saxlayasınız kompyuterdə, formatdan sonra istifadə edərsiniz.
  • elsad
  • 16 oktyabr 2014 16:46
Zəhmət olmasa link verin.

Rəy administrator tərəfindən redaktə olundu.
elsad,

Mövzuda yükləmə linki verilib.
Salam.acronislə ghostun çıxarmaq nə deməkdir və bu necə olur zəhmət deyilsə başa salardız da.

Sitat: Reshad Kazimov
Salam.acronislə ghostun çıxarmaq nə deməkdir və bu necə olur zəhmət deyilsə başa salardız da.


 
Acronis adlı bir proqram var. bu proqramın diskə yazılabilən versiyasını yükləyib diskə yükləyirlər. Deyək ki, kompyuterinizi formatladınız. Driverləri, sizə lazım olan proqramları yazdınız və artıq kompyuteriniz istifadə etmək üçün hazır vəziyyətdədir. acronis yazdığınız diski kompyuterə taxırsınız. boot menyuya daxil olub diski seçirsiniz və acronis proqramı işləməyə başlayır. Proqram tam işə düşəndə 2 seçim verir. Disk seçmək və normal windows başlatmaq. Disk seçirsiniz. C diskini seçib həmin diskin 1 nüsxəsini D diskində yaddaşda saxlayırsınız. və kompyuteri restart edib acronis diskini çıxarırsınız. məsələn, əgər 6 ay sonra həmin kompyuterdə yenidən format lazım olsa daha sistemi silib yazmaq, driverləri, proqramları yenidən yükləməyə ehtiyac qalmayacaq. həmin acronis diski ilə yenidən boot edib D diskində yaratdığınız C diskinin nüsxəsini çalışdırırsınız. Acronis köhnə sistemi silir və nüsxədəki sistemi C diskinə yazır. bundan sonra kompyuteri restart edəndə bütün driverlərin, proqramların yazılmış olduğunu görəcəksiniz. Bu proses 10-15 dəqiqə vaxt aparır. Yəni, 6 ay əvvəl etdiyiniz şeylər 10 dəqiqə ərzində kompyuterdə bərpa olunur.. Amma bir şeyi göz önündə saxlamaq lazımdır ki, bu etdiyiniz əsl formatın keyfiyyətini vermir.
Məlumata görə sağ olun.
  • Naso
  • 26 mart 2015 23:53
Bu 3 partda flaşkaya yazılmalıdır? sonra ele formata başlamaq lazımdır?
Sitat: Naso
Bu 3 partda flaşkaya yazılmalıdır? sonra ele formata başlamaq lazımdır?
Xeyr, ilk öncə partların birini açıb owner adında iso faylı bir qovluğa köçürmək lazımdır ki partlar birləşsin.. ondan sonra çıxan faylı istəsəniz diskə, istəsəniz flashkarta yazıb formata başlaya bilərsiniz..
Burada 3 partında adı eynidi. Yazmaq olmur axı bir papkaya
Sitat: Oboraten
Burada 3 partında adı eynidi. Yazmaq olmur axı bir papkaya

 
adların sonluğuna fikir verin. birincidə part1, 2-cidə part2, 3-cüdə isə part3 yazılıb. yəni fərqlidir.
Diske yazmaq üçün necə etmək olar?
Partların birləşməsi haqqında video dərslik yerləşdirildi
salam. noutbuku format edib vvindovvs 7 home premium yükləmişəm. KMS_AUTO NET-lə aktivləşdirmək istəyirəm, amma həmin processdə 1ci şəkildəki pəncərə açılır. onu yox edirəm, sonra sonda 2ci şəkildəki baş verir və aktivləşmə alınmır. İndi mən necə aktivləşdirim??



alibabayev, əgər yazdığınız sistemi bizim saytdan yükləmisinizsə aktivatora ehtiyac yoxdur. Sistem yazılıb qurtardıqdan sonra kompyuter avtomatik sönüb yanır və sistem aktivləşir.
Yox, əgər yazdığınız sistem fərqli saytdandırsa və sistem sizdən açar tələb edirsə ola bilər ki sistem rəsmi saytdan yüklənmiş sistemdir. Bu sistemlərdə şəkildə göstərdiyiniz problem çıxa bilir. sizə fərqli aktivator məsləhət görə bilərəm. Ümid edirəm işinizə yarayar.

https://cloud.mail.ru/public/Ewbv/ceVGEuwpw
winrar parolu: windows-az.net
Bu tip probleminiz olanda çalışın aktivatora aid olan xəbərin aşağı hissəsində rəy yazın. Çünki bu xəbər dərslikdir.
Uğurlar.
İşlədi. Çox sağolun. Allah razı olsun smile
Çox sağ olun. Aktivleşdirme menim kompyuterimde de işledi. Allah razı olsun.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {2} Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {2}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Autodesk 3DS MAX 2020 22.0.0.757
Administrator - Qismət, Salam. Hər3 hissəni yüklədikdən sonra quraşdırırsınız və aktivatordan istifadə etməklə
Autodesk 3DS MAX 2020 22.0.0.757
Qismət - Hər 3 hissəni yukləyəndən sonra pulsuz istifadə etmək olar?
Adobe Illustrator CC 2015 (v19.2.0) RUS/ENG x86-x64
Administrator - elfe, Salam. Kompüterinizdə Adobe creative cloud proqramı varsa silin və yüklədiyiniz illustrator
Adobe Illustrator CC 2015 (v19.2.0) RUS/ENG x86-x64
elfe - Salam. Yükləmə üçün hazırlanır hissəsində "yükləməyə çalışdığınız ürün adobe yzılımı deyil və saxta
Nero Burning ROM 2021 v23.0.1.20
CopyLine - Çox sağolun! Super saytdı , istənilən proqramı həmişə burda tapıram.
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2022 (1)
İyun 2022 (1)
May 2022 (1)
Mart 2022 (3)
Yanvar 2022 (1)
Dekabr 2021 (2)
Facebook səhifəmiz