Windows 8 və ya 8.1-in quraşdırılması - Windows 8 or 8.1 installation



Hər kəsə salamlar. Bu günkü dərsimizdə sizlərə Windows 8 və ya 8.1in quraşdırılmasını öyrənəcəksiniz. Hər iki versiyanın quraşdırılması eynidir.


Dərsə başlamazdan əvvəl bir şeyi xatırladım. Sistemin x32 və yaxud x64 versiyalardan hansının yazılması seçimləri arasında qalmısınızsa nəzərinizə çatdırım ki, 32 bitlik sistemlər Ramı 4 GB-dan aşağı olan kompyuterlər üçün nəzərdə tutulub. Əgər kompyuterinizin Ramının tutumu 4 GB olarsa və yaxud 4 GB-dan çox olarsa 64 bitlik sistemlər yazılması məqsədəuyğundur. Bəzi hallarda "x32" əvəzinə "x86" yazılır. Bunlar arasında heç bir fərq yoxdur, eynidir. Sadəcə yazılışları fərqlidir.


1. Windows 8 (və ya 8.1) diskini kompyuterə daxil edib kompyuteri söndürüb yandırmaq (restart etmək) lazımdır. Boot menu'ya daxil olub Disk Oxudan qurğunu seçmək və Enter düyməsini sıxmaq lazımdır. Bu zaman aşağıdakı yazı gələ bilər. Bu zaman klaviyaturadan istənilən düyməni basmaq lazımdır ki Disk oxudan diski oxusun.
Press any key to boot from CD or DVD... - CD və ya DVD'dən boot etmək üçün istənilən düyməni basın...



2. Bu hal diskin oxunduğunu göstərir.


3. Burada 1-ci siyahıdan istədiyiniz dili seçin. 2-ci siyahıdan Rus dili seçməyiniz məsləhətdir. 3-cü siyahıdan isə USA international (США Международная) seçin.


4. Install now seçirik.


5. Gözləyirik...


6. Burada şəkildəki kimi işarələyib Next düyməsini basmaq lazımdır.


7. Burada isə şəkildə göstərildiyi kimi 2-ci (Custom: Install Windows only) seçimi seçmək lazımdır.


8. Bu pəncərə açılan zaman C diskinizin üzərində mausun sol düyməsini basmaq və Drive options (advanced) seçmək lazımdır.
Əksər hallarda burada 350 MB-lıq disk sahəsi olur. Həmin diski də formatlamaq lazımdır.


9. Yuxarıdakı kimi seçdikdən sonra aşağıdakı şəkildəki seçimləri görəcəksiniz. Ola bilər ki sizdə 3 ədəd yaddaş görünsün. 1-ci yaddaş 100 Mb ola bilər. Bu yaddaşın üzərində mausun sol düyməsini basıb format seçimini seçmək lazımdır.C diskininin üzərində mausun sol düyməsini basıb Format seçimini seçmək və açılan kiçik pəncərədə OK seçimini seçib təstiqləmək lazımdır. Bunu da etdikdən sonra yenidən C diskinin üzərində sol düyməni basıb Next düyməsini basmaq lazımdır.


10. Yuxarıda yazılanları problemsiz etmisinizsə aşağıdakı pəncərəylə qarşılacaqsınız. Bu artıq Windows 8 (və ya 8.1) sisteminin yazılması prosesidir. Gördüyünüz kimi 5 ədəd addımdan ibarətdir. Bu addımların bitməsini gözləməlisiniz. Əgər bu proses gedən vaxt kompyuter sönüb yana bilər. Bu zaman heç bir şeyə toxunmaq olmaz.. Press any key to boot from CD or DVD... yazısı çıxanda da heç bir şey etmək lazım deyil. Sönüb yanandan sonra aşağıdakı pəncərə sistemin yüklənməsini bitirmək üçün təkrar çıxacaq.


11. Axrıncı addım da bitdikdən sonra kompyuter yenidən sönüb yanacaq. Bu zaman da heç bir şey etmək lazım deyil...


12. Aşağıdakı görünüşlə qarşılaşmaq artıq hər bir şeyin qaydasında olduğunu göstərir...


13. Burada kompyuterinizə ad verməlisiniz. İstənilən bir ad ola bilər... Burada sistem rəngini dəyişmək imkanı da vardır.. Ad yazılan xanaın üzərindəki rənglər bunu bildirir.


14. Kompyuteriniz internetə qoşulmuş olsa aşağıda göstərdiyim kimi bir pəncərəylə qarşılaşa bilərsiniz. Bu zaman aşağıda göstərdiyim seçimi seçib Next seçimini seçmək lazımdır.


15. Bu pəncərə isə Sisteminizə ad və parol verilməsi üçün açılacaq pəncərədir. Burada Sisteminizə hər hansı bir ad verə bilərsiniz. İstəkdən asılı olaraq sistemə parol da verə bilərsiniz. İstəməsəniz sadəcə sistemin adını yazın və Next seçimini seçin.


16. Bu şəkildə görünən yazı tənzimləmələrin tamamlandığını göstərir. Gözləmək lazımdır...


17. Aşağıda gördüyünüz şəkillərdəki pəncərələr növbəylə görünəcək...


18. Nəhayət yuxarıdakı şəkildə gördüyünüz axrıncı pəncərədən sonra aşağıdakı pəncərə görünəcək və kompyuter Windows 8 (və ya 8.1) ilə işləmək üçün tam hazır olacaq... Sol aşağı küncdəki seçimi edərək ekranı aça bilərsiniz.


...Bu qədər...
...Uğurlar...



    Yükləmə Linkləri
    Diqqət! Yükləmə linklərini görmək üçün xahiş olunur Qeydiyyat keçəsiniz
  • Joker
  • 22 avqust 2014 23:23
təşəkkürlər əla məlumatdır.
yukleme linki ucun tewekkur
  • Naso
  • 25 mart 2015 13:57
Necə bilmək olar komputerə x32 və ya x64 yükləmək lazımdlr? Ümumiyyətlə fərqi var bunların?
Sitat: Naso
Necə bilmək olar komputerə x32 və ya x64 yükləmək lazımdlr? Ümumiyyətlə fərqi var bunların?

 
 
Dərsliyə bu haqda məlumat əlavə olundu.
  • Naso
  • 25 mart 2015 20:07
Sitat: Administrator
Dərsliyə bu haqda məlumat əlavə olundu.

Çox sağolun.
Salam.windows 8i HP notbuka yuklemek isteyirem,ancaq format edende GPT MBR bele bir problemle qarwilawiram.zehmet olazsa komek ederdiniz.
Amidso, kompyuteri format edəndə boot menyuya daxil olanda əgər UEFI seçimi ilə diski (və yaxud flashkartı) seçmişdinizsə digəri ilə seçin.
Məsələn:
USB hard drive Sandisk 8 GB UEFI
USB hard drive sandisk 8 GB
Əgər formata başlayanda 1-cini seçmişdinizsə 2-cini seçin. 2-cini seçmişdinizsə 1-cini seçin. bundan sonra normal davam edəcək. Artıq o problemi yaşamayacaqsınız.
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {32} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {2} Google, Yandex

Ümumi: {34}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Olduqca maraqlı bir problem yaşayırsınız. Ümumiyyətlə saytdakı heç bir proqramın
Adobe After Effects 2024 v24.3.0.050
Omar Agazada - Bəli mən sizin veb saytdan istifadə edib yükləmişəm. çox adobe programlarını və photoshop
Adobe After Effects 2024 v24.3.0.050
Administrator - Omar Agazada, Qeyd etdiyiniz proqramı saytımızdan yükləmisiniz? Saytda gördüyünüz bütün proqramları
Adobe Photoshop 2024 (v25.2.0.196)
Administrator - Omar Agazada, Salam. Saytda paylaşılan heç bir proqramda kompüterinizə zərər verəcək viruslar
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
İyul 2024 (2)
İyun 2024 (1)
Aprel 2024 (1)
Fevral 2024 (1)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
Facebook səhifəmiz