WinMend Folder Hidden proqramı fayl və qovluq gizləmə proqramıdır. Proqramın sadə interfeysi ilə siz sistem fayl və qovluqlarından başqa istənilən bir qovluğu və faylı gizləyə bilərsiniz. Proqramı quraşdırarkən sizdən şifrə daxil edilməsi xahiş olunacaq. Bu şifrəni unutmayın. Çünki şifrə sizdən gizlətdiyiniz faylları və qovluqları yenidən aktiv hala gətirmək istədiyiniz zaman soruşulacaq.