LC Technology Solid State Doctor proqramı SSD disklərinizin performansını inkişaf etdirmək üçün hazırlanmış bir proqramdır. Bu proqramın köməyi ilə SSD diskiniz ilə əlaqəli bütün məlumatları görə bilərsiniz. Məsələn: Model nömrəsi, Seriya nömrəsi, Firmware versiyası, Port nömrəsi, Disk həcmi, ATA versiyası, Dəstəklənən özəlliklər, istiliyi və s. Disk üzərində optimallaşdırma əməliyyatları apara bilərsiniz. Bunun üçün TRIM və funksiyası mövcuddur. Secure Drive Wipe funksiyası ilə diskdə silmə əməliyyatları edə bilərsiniz. Bu əməliyyatla silinən fayllar geri qaytarılmamaq şərtiylə silinir.
Əgər SSD alanda disklə birgə yararlı bir proqram verilməyibsə bu proqram sizə kömək edəcəkdir.