VueScan dünyanın ən məşhur skaner proqramlarından biridir. Proqram fotoşəkilçilər, ev istifadəçiləri, skaner xidməti verənlər və şirkətlər tərəfindən istifadə edilir. VueScan ən yüksək keyfiyyətdə skan əməliyyatları edə bilən, mükəmməl rəng effektlərinə sahib bir proqramdır. İstifadəsi olduqca asan olan proqram solğun rəng düzəltmə, toplu skan və professional fotoşəkilçilər tərəfindən istifadə edilə biləcək digər inkişaf etmiş xüsusiyyətlərə də malikdir. İstifadəçilərin sistemlərində heç bir mənfi dəyişiklik etməyən proqram eyni zamanda əməliyyat sisteminə hər hansı bir əlavə vasitə yükləmir.