Classroom Spy proqramı ilə təhsil müəssisələri, internet klublar və s. bu kimi müəssisələrdə quraşdırılmış kompüterləri lokal şəbəkə vasitəsilə bir kompüterdən idarə edə bilərsiniz. Bu proqramla kompüterləri canlı olaraq izləyə bilər, ekranı, USB portları, disk oxuyucusunu, kompüterlərin saytlara çıxışını, çap və səs funksiyalarını bloklaya bilərsiniz. Həmçinin istifadə oluna bilən proqramları təyin edə bilərsiniz. Bu proqram vasitəsilə kompüterlərin ekranından təyin olunmuş vaxt aralığında fraqmentlər götürmək və kompüterləri söndürmək, aktiv olan istifadəçinin işini sonlandırmaq da mümkündür.