Sizlərə Kaspersky Antivirusun tam pulsuz versiyasını təqdim edirik. Antivirus Kaspersky firması tərəfindən rəsmi olaraq yayımlanıb və lisenziya tələbi yoxdur. Həmçinin aşağı parametrli kompüterlərdə də istifadəsi mümkündür. Kaspersky Free proqramı pulsuz yayımlanan digər antiviruslar kimi silə bilmədiyi virusları silinmiş kimi göstərmir, silinməsi normal halda mümkün olmayan virusların silinməsi üçün bir neçə təkliflər irəli sürmək xüsusiyyətini özündə cəmləşdirib. İnternetə qoşulduğu müddətdə avtomatik olaraq yenilənir. Kompüterə viruslu yaddaş qurğusu qoşulduqda avtomatik olaraq həmin yaddaş qurğusunu yoxlayır və sildiyi viruslar haqqında bildiriş göstərir. Bundan əlavə, kompüterinizi xəbərsiz girə biləcəyiniz viruslu saytlardan da qoruyur. Antivirusun quraşdırılması üçün iki (İngilis və Rus) dil seçimi var. İstəkdən asılı olaraq seçim edə bilərsiniz.
Proqramın quraşdırılması: 1. Proqramın quraşdırılması ənənəvi proqram quraşdırılması ilə eynidir. 2. Proqramı quraşdırdıqdan sonra ekrana bu pəncərə çıxacağaq.
Bu pəncərəni bağlamayın. Proqramın aktivləşdirilməsini gözləyin və saatın yanından Kaspersky ikonu üzərində mausun sağ düyməsini klikləyib çıxış funksiyası ilə antivirusu söndürün.
3. Bundan sonra 2-ci addımda göstərdiyimiz pəncərədə OK düyməsini klikləyib əməliyyatı sonlandırın və ekrandan antivirusu yenidən işə salın. DİQQƏT! Diqqətdən yayınmamalı məqam quraşdırılma bitdikdən sonra "Özünü müdafiə" funksiyasının aktivləşdirilməsidir. Quraşdırma bitdikdən sonra bu funksiyanı mütləq aktivləşdirin.