ApowerMirror proqramı Android və iOS qurğular üçün ekran əksetdirmə proqramıdır. Wifi və yaxud USB kabel istifadə etməklə telefonunuzdakı görüntünü kompyuterinizə ötürə bilərsiniz. Cihazınızı (telefon, planşet) kompyuterdən idarə edə bilər, ekran şəkli çəkə bilər, ekrandan videogörüntü çəkə bilərsiniz. Bundan əlavə kompyuterdə telefonunuzdakı oyunları oynaya bilər, video izləyə bilərsiniz. İstifadə etdiyiniz proqramları idarə edə bilər, yazışmalar edə bilərsiniz.
Proqramın istifadəsi iki addımdan ibarətdir. Əvvəlcə yerləşdirdiyimiz linkdən proqramı kompyuterə quraşdırırsınız (windows əməliyyat sistemində).
Daha sonra PlayStore-dan (AppStore-dan) eyniadlı proqramı yükləyib quraşdırırsınız. Daha sonra istəkdən asılı olaraq həm USB kabellə, həm də proqramın tərkibində yerləşdirilmiş QR skaner funksiyasıyla cihazınızı (telefon, planşet)kompyuterə yönləndirə bilərsiniz.
Proqramın mobil versiyası aşağıdakı versiyalarla uyğunlaşır: Android: 5 və yuxarı versiya sistem. iOS: 8/ 9/ 10/ 11