Combofix olduqca güclü və təcrübəli istifadəçilərin istifadə etməli olduğu virus, trojan, rootkit, adware, spyware, malware təmizləyən proqramdır. USB qurğulardan, internetdən yoluxan, və yaxud kompyuterdə mövcud olub antivirusla təmizləyə bilmədiyiniz virusları Combofix-lə çox rahat formada təmizləyə bilərsiniz. Olduqca məşhur olan amvo.exe virusunu belə rahat formada silə bilir.
Combofix 15.6.x versiyasıyla birlikdə win8 dəstəyi mövcuddur. Proqram x32 və x64 bit sistemlərlə işləyir. win8.1 dəstəyi yoxdur.