Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə meneceridir. Proqram sayəsində faylları asanlıqla yükləyə, Rapidshare və s. saytlarda premium üzvlüyünüz varsa üzvlük bilgilərinizi daxil edərək yükləmələrinizi asanlıqla edə bilərsiniz. Əgər yükləmə etdiyiniz server icazə verirsə yüklənən faylı yükləmə əsnasında dayandıra və qaldığı yerdən davam edə bilərsiniz. Youtube və s. kimi saytlarda izlədiyiniz videoları asan yükləyə bilərsiniz. Bunlardan əlavə proqram bir çox dili dəstəkləyir. İnternet sürətinizdən maksimum səviyyədə istifadə edir, normal Firefox və yaxud Internet Explorer fayl idarəçilərindən daha sürətli bir şəkildə fayl yükləyə bilərsiniz.