DriverMax Pro proqramı driverlərin tapılıb yüklənməsi və yenilənməsi üçün hazırlanmış proqramlardan biridir. Proqramla sistemi yoxlayıb çatmayan driverləri yükləyə bilər və köhnəlmiş driverləri yeniləyə bilərsiniz. Bundan əlavə, kompyuterdə yüklü olan driverlərin bir nüsxəsini kompyuterin yaddaşında saxlaya bilər, formatdan sonra internet olmadan həmin driveri quraşdıra bilərsiniz.
Qeyd_1: Quraşdırma zamanı bu pəncərə açılarsa mütləq "Decline" seçin ki, başqa proqram yüklənməsin.
Qeyd_2: Notebook və netbook-larda driverləri rəsmi saytdan yüklənməsini qətiyyətlə tövsiyyə edirik. Bu tip proqramlar notebook və netbook-larda driver uyğunsuzluğu yarada və kompyuterin bir çox funksiyalarının düzgün işləməməsinə gətirib çıxara bilər.