Mozilla Firefox ən güclü və etibarlı brauzerlərdən biridir. Yükləmə linkində 3 dildə - Azərbaycan, İngilis və Rus dillərində, x32 və x64 sistemlərə uyğun versiyalar yerləşdirilib.
Xüsusiyyətlər:
Anti-Malware. Firefox sizi viruslardan, troyanlardan və cəsus proqramlardan qorunmaqda kömək edəcək. Əgər səhvən zərərli sayta daxil olsanız Firefoxun bildiriş pəncərəsi zərərli sayta daxil olduğunuzla bağlı sizi xəbərdar edəcək.
Anti-Phishing. Firefox-la internetdə etibarlı şəkildə bazarlıq edə bilərsiniz. Firefox yeniləmələri köməyilə zərərli saytlar gündə 48 dəfə siyahılanar və bu siyahı hər yeniləmədə avtomatik olaraq brauzer tərəfindən sizə bildirilir.
Anti-Virus. Firefox brauzerinə inteqrasiya olunmuş halda olan antivirus proqramının köməyilə yüklədiyiniz fayllar sizə göstərilmədən əvvəl virus yoxlamasından keçir və zərərli fayllar kompyuterə yüklənmədən öncə müəyyən edilir.