QuarkXPress proqramı fərdi və ya ticari jurnal, qəzet, kitab, buklet və s. buna bənzər məhsulları professional keyfiyyətdə hazırlamaq üçündür. İşlərinizi çapa hazır və yaxud veb saytınızda yayımlanacaq vəziyyətdə, həmçinin mobil qurğularda istifadə olunacaq formatlarda yaddaşa verə bilərsiniz. Office və buna bənzər proqramlarla inteqrasiyalı olaraq işləyə bilərsiniz.
Başlıca xüsusiyyətlər: - Xenon qrafika - HiDPI/Retina® dəstəyi - Kitabxanalar - Çək-burax xüsusiyyəti - İllustrasiya üçün (Bezier / Pen) alətlər - Cədvəl yaratmaq və işləmək - QR Code hazırlamaq - Rənglərin idarə olunması - Ağıllı ölçmə - 38-dən artıq dil üçün yazı yazmaq xüsusiyyəti - Unicode və OpenType dəstəyi - PSD faylları üzərində işləmək - Microsoft Excel cədvəlləri ilə işləmək - Microsoft Word mətn, şəkil və başqa faylları ilə işləmək - Adobe® Illustrator® (AI) faylları ilə işləmək - Redaktə oluna bilən text faylları üzərində işləmək və yadda saxlamaq (DOC, DOCX, RTF, HTML, XTAGS) - Epub, HTML5, PDF formatlarında yaddaşa vermək xüsusiyyəti.