[xfvalue_imgs]
[xfvalue_imgs]

Saytımızın dəyərli istifadəçiləri, xahiş olunur bu yazımızı diqqətlə oxuyasınız!
Son zamanlar əksər kompyuter istifadəçilərinin qarşılaşdığı problemlərdən biri kompyuterə reklamların yüklənməsidir. Brauzerlərin əsas səhifəsini ələ keçirən və siz istəmədiyiniz halda öz-özünə saytlar açan reklamlar.
Bunun bir başqa növü saytlarda yayılıb. Film izləyən zaman sağda, solda, aşağıda, yuxarıda reklamlar görünür, saytın dörd bir yanını tutur. Bağlamaq istəyən zaman başqa bir sayta yönəlir.
Windows-Az.NET saytında siz heç vaxt yuxarıda yazılan reklamlardan görə bilməzsiniz. Biz heç vaxt bu tip reklamlar yükləmirik. Əgər bu reklamları saytda görürsünüzsə deməli sizin kompyuterə reklamlar yüklənib. Bu reklamları göstərən həmin reklam viruslarıdır.
Kompyuterə hər hansı bir pulsuz (lisenziya tələbi istəməyən) proqram yükləyən zaman Next → Next etmədən öncə proqramın sizə verdiyi seçimlərin hansıları ilə razılaşdığınıza fikir verin.
Bir çox pulsuz proqramlarda reklamlar yerləşdirilir. Bittorrent, uTorrent, Aimp, Daemon Tools Lite kimi bəzi versiya proqramlar bu proqramlardandır.
Proqram yüklənən zaman bu reklamların qarşısında quş işarələri və yaxud "Accept - Decline" (Разрешать - Не разрешат) seçimləri, həmçinin "Skip" (Пропустить) butonu olan pəncərələr açılır. Bunlara mütləq fikir verin. Quş işarəsi qoyulubsa silin, Reklamın qarşısında "Accept" işarələnibsə "Decline" işarələyin və yaxud "Skip" seçin. Biz saytda adları yazılan Bittorrent, uTorrent, Aimp3, Daemon Tools Lite proqramlarının linkini yerləşdirən zaman lazımi xəbərdarlığı və quraşdırma qaydasını paylaşmağa çalışırıq. Bu səbəbdən diqqətli olun.
Bir çox türk saytlarında, reklam saytlarında "İndir - Download now - Скачать сейчас" tipli butonlar yerləşdirilir. Bunların hamısı reklam xarakterli, fonda sizə lazım olmadan işləyən reklam viruslarının linkləridir. Bizim saytda bu cür butonlar yoxdur və olmayacaq.
Məsələn:

Qazanc əldə etmək üçün bc.vc, adf.ly, linkshrink.net kimi reklam yönləndirmələri xidməti verən saytlarla qətiyyən işləmirik. Bizim saytda verilən linklər birbaşa yükləmə səhifəsinə yönələn linklərdir və aşağıdakı kimidir.
İndi isə keçək saytlarda yerləşdirilmiş reklamların bloklanmasına.
Aşağıdakı linkdən adblock əlavəsini brauzerinizə quraşdırın.
https://adblockplus.org/
Hansı brauzeri istifadə edirsinizsə sayt avtomatik istifadə etdiyiniz brauzeri tanıyacaq və ona uyğun quraşdırma butonunu aktiv edəcək.
Məsələn: Youtube videoların ətrafında reklamlar yerləşdirir. Quraşdırmadan sonra adblock proqramının blokladığı reklamların sayını aşağıdakı şəkildə göstərdiyim yerdə görə bilərsiniz.
İstifadəçimizin tövsiyyəsi:
Google Chrome üçün Chrome marketdə extension halında pulsuz əlavə mövcuddur.Amma kompyuterlər üçün setup halında olan versiyası pulludur.
Bundan əlavə Adblock pro adlı əlavədən də istifadə edə bilərsiniz
Ümid edirəm bu yazımız sizlərin işinizə yarayar.
Uğurlar. Hörmətlə,
Windows-Az.NET komandası.
İnformasiya
- Bölmə: Digər / Sual-cavab
- Dəstəkləyir: Windows 7/ 8/ 8.1/ 10
- Dəyəri: Pulsuz
- Rəsmi saytı: https://adblockplus.org/
Yükləmə Linkləri
Diqqət! Yükləmə linklərini görmək üçün xahiş olunur Qeydiyyat keçəsiniz