» Yeni userlər saytdan istifadə qaydası
Saytda necə qeydiyyatdan keçmək lazımdır?
1. Saytda Qeydiyyatdan keçmək üçün ilk öncə saytın sol hissəsində görünən "Qeydiyyat" butonuna klikləməlisiniz.
sekil
2. Qeydiyyat Butonuna kliklədikdən sonra aşağıdakı səhifə sizin qarşınıza çıxacaq:
sekil
3. Yuxarıdakı şəkildə göstərilən səhifə qarşınıza çıxan zaman vaxtınızın 2-3 dəqiqəsini ayırıb qaydalarla tanış olun. Çünki saytdan istifadə edən zaman rəy bildirərkən, sual yazarkən oxuduğunuz qaydalar sizə kömək olacaq və Administratorlar tərəfindən iradla qarşılaşmazsınız.
4. Növbəti addım "Qəbul edirəm" butonuna klikləməklə başlayacaq. "Qəbul edirəm" butonuna kliklədikdən sonra aşağıdakı şəkildə göstərilən Qeydiyyat səhifəsi açılacaq. Burada siz "İstifadəçi adı" xanasına istədiyiniz istifadəçi adını yaza bilərsiniz. yazdıqdan sonra "Yoxla" butonuna klikləyib bu istifadəçi adı üçün saytda boş yer olub olmadığını öyrənin. Əgər istifadəçi adınız üçün saytda boş yer varsa davam edə bilərsiniz. Qeyd etməliyəm ki istifadəçi adında təhqiramiz sözlərin yazılması QƏTİ QADAĞANDIR!!! Qeydiyyat zamanı düzgün e-mail adresi yazmaq lazımdır. Çünki "İrəli" butonuna klikləyən zaman yazdığınız e-mail adresinə təsdiqləmə linki göndəriləcək. Yalnız həmin linkə daxil olduqdan sonra siz saytdan istifadə edə bilərsiniz.
sekil
5. Yuxarıda göstərilənləri edib İrəli düyməsinə kliklədikdən sonra aşağıdakı səhifə qarşınıza çıxacaq. Bu zaman siz Qeydiyyat zamanı yazdığınız e-mail adresinə daxil olmalısınız. Saytımızdan söndərilən mesaja daxil olun. Orada Qeydiyyat zamanı yazdığınız məlumatlar göstərilmiş olacaq. Əgər Mesajlar "Gələnlər" qutusunda olmazsa "Spam" qutusuna baxın.
sekil
6. Yuxarıda göstərilənləri səhvsiz etmisinizsə e-mail adresində aşağıdakı görüntü əks olunacaq. Burada sizin haqqınızda məlumatlar olacaq. Qırmızı ilə işarələnmiş linkə daxil olun.
sekil
7. Linkə daxil olduqdan sonra sizin e-mail ünvanınız saytımızın bazasında təsdiqlənir. Ən sonuncu addım aşağıdakı addımdır. "Saytda Qeydiyyat üçün davam et" yazısına klikləyin.
sekil
8. Sonuncu əməliyyatı başa çatdırmaq üçün aşağıda gördüyünüz səhifə qarşınıza çıxan zaman bu səhifədəki xanalara özünüz, əlaqə məlumatlarınız, kompyuteriniz haqqında məlumatları daxil edə bilərsiniz. Bu xanaları doldurmaq məcburiyyəti yoxdur. Xanaları doldurduqdan (və ya dolduqmadıqdan) sonra siz irəli düyməsinə klikləməlisiniz. Və nəhayət siz saytımızın tam hüquqlu üzvü sırasına daxil olursunuz.
sekil
9. Aşağıda gördüyünüz səhifə ekrana çıxan zaman siz saytda qaydalar çərçivəsində hər şey edə bilərsiniz. Saytda mövcud olan istənilən proqramı yükləmək, şikayət etmək, rəy yazmaq, saytın formatına uyğun sual yazmaq, sizə lazım olan proqramlar haqqında məlumat almaq və yükləmə linkləri istəmək və s.
sekil
Bir daha qeyd edirəm, saytda kobudluq etmək söyüş yazmaq, küçə sözləri işlətmək, tanıdığınız və ya tanımadığınız istifadəçilərə söz atmaq, kiminsə şəxsiyyətini alçaldıcı sözlər işlətmək QƏTİ QADAĞANDIR!!! Bunları edən istifadəçi kimliyindən asılı olmayaraq saytdan birdəfəlik uzaqlaşdırılacaq. Hər kəsə uğurlar.
Saytda status sahibi olmaq üçün nə etməliyəm?
Nəzərinizə çatdırım ki, saytda qeydiyyatdan keçib heç bir aktivlik etmədən aidiyyatı olmayan xəbərlərə şərh yazmaqla və Sayt rəhbərinə şəxsi mesaj yazmaqla status almaq istəyiniz cavabsız qalacaq və yazdığınız şərhlər silinəcək.Əgər saytda status sahibi olmaq istəyirsinizsə saytda aktiv olmalı, istifadəçilərə problemlərinin həllində kömək etməli, sayta xəbər (proqram, video dərs, oyun və s.) göndərməli - bir sözlə status almağa layiq istifadəçi olduğunuzu göstərməlisiniz.
Saytdakı proqramları necə yükləmək lazımdır?
Sayt rəhbəri olaraq istifadəçilərimizdən xahiş edirik ki, proqram xəbərlərinə sona qədər baxsınlar. Hər proqram xəbərinin sonunda Yükləmə Linkləri mövcuddur. Məsələn:
sekil
Xəbərə axıra qədər diqqətlə baxmadan "yükləmə linki yoxdur?, necə yükləyək?" tipli suallar verməyin. Ola bilər ki, linklər işləməz, bu zaman rəy yazaraq bildirə bilərsiniz. Mümkün qədər hər birinizə kömək edəcəyik.
Proqramlardan istifadə edə bilmirəm. Nə etməliyəm?
Əziz istifadəçilər, heç kəs birdən birə proqramlarla işləməyi öyrənməyib. Saytda paylaşılan hər bir proqramla birgə həmin proqram üçün aktivator paylaşılıb. "Patch, crack, activation tool" adlı aktivatorlardan biri və yaxud sadəcə lisenziya kodları yazılmış text faylı yerləşdirilir ki, bunlar lisenziya tələbli proqramların lisenziya tələbini ləğv etmək üçündür. Antiviruslar bəzən bu aktivatorları virus bilib silə bilər. Bu səbəbdən ilk öncə antivirusu söndürməyi və daha sonra proqramları yükləməyi məsləhət görürük. Çünki antivirus bu aktivatorları silən zaman yüklədiyiniz paket açılmaya bilər. Proqramı quraşdırıb aktivləşdirdikdən sonra antivirusu yenidən aktivləşdirə bilərsiniz. Əgər proqramı quraşdıra bilmirsinizsə "Proqramı yüklədim amma işləmədi" deyə rəy bildirməyin. Biz proqramları saytda paylaşmazdan öncə yoxlayırıq və müsbət nəticə gördükdə saytda paylaşırıq. Bu səbəbdən proqramı quraşdıra və işlədə bilməmisinizsə bizləri günahkar bilməyin. Kömək istəyin, kömək edək.
Saytda necə sual verə bilərəm?
Saytda sual yazıb cavab tapmaq istəyən istifadəçilərimiz saytın sağ tərəfində yerləşdirilmiş "Sual verin, cavablandıraq" bölməsinə daxil olaraq saytın formatına uyğun suallarını yaza bilərlər. Bunun üçün "Qısa başlıq" xanasına problemin qısa adını yazmalı, "Kateqoriya" xanasında "Sual-Cavab" seçimini seçməlisiniz. Növbəti xanada isə probleminizi açıq şəkildə yazmalısınız. Siz burada suallarınızı yaza bilər, həmçinin sizə lazım olan proqramlar haqqında məlumat ala bilər, bu proqramların yükləmə linklərini istəyə bilərsiniz. Sizdən yeganə xahişimiz sualınızı yazarkən ilk öncə vulqarizmə (vulqarizm - təhqir, küçə sözləri, kobudluq) yol verməməkdir və mümkün olduqca Azərbaycan şriftləriylə (Ə-ə, Ö-ö, Ü-ü, Ğ-ğ, Ç-ç, Ş-ş, I-ı) yazmaqdır. Bu həm bizim, həm də axtarış sistemindən istifadə edənlər üçün rahatlıq yaradır. İstənilən istifadəçi burada öz problemini, ehtiyyacı olan proqramın adını yazıb kömək istəyə bilər və köməyə ehtiyyacı olan istifadəçilərə kömək edə bilər. Saytda təhqiramiz sözlərin yazılması yolverilməzdir. Bu kimi ifadələrdən istifadə edən userlərin nəzərinə!!! IP adresləriniz adminstrator panelində qeydə alınır. Biz bu IP adreslə istədiyimiz userin kompüterinə hacker hücumları təşkil edib kompüterinə zərər yetirə bilərik. Biz sizə kömək etmək üçün bu saytı açmışıq. Bizi pislik etməyə məcbur etməyin!!!
Kompyuterimi formatlamaq istəyirəm amma necə ediləcəyini bilmirəm. Bunun üçün dərslik varmı?
Kompyuterinizi formatlamağı öyrənmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz. Burada ayrı-ayrılıqda Windows XP, Windows 7 və Windows 8 (8.1) sistemlərinin yazılması qaydasını öyrəcəksiniz.
1. Windows XP quraşdırılması - [Daxil olun]
2. Windows 7 quraşdırılması (Formatı) - Windows 7 installation (Format) - [Daxil olun]
3. Windows 8 və ya 8.1-in quraşdırılması - Windows 8 or 8.1 installation [Daxil olun]
Crack, Serial, Patch, NFO nədir ?
1. Crack nədir?
Proqramı quraşdırıb aktivasiya edən zaman əksər proqramlar lisenziya yoxlaması aparır. Bunu öz içərisindəki xüsusi alqoritmlə internet bağlantısından istifadə edib serverə bağlanaraq edir. Crack hazırlayan qruplar bu alqoritmlərin yerləşdirildiyi faylları tapır və crack vasitəsilə bu faylları dəyişib əlaqəni dayandırırlar. Bizə lazım olan sadəcə crack faylın proqramın quraşdırıldığı qovluğa köçürməkdir. Ümumilikdə crack'lar bu prinsiplə işləyirlər. Əgər fərqli prinsiplə işləyən crack'lar varsa bu aşağıda izahı verilmiş NFO faylının içərisində qeyd olunur.
2. Serial nədir?
Serial proqramı aktivləşdirmək üçün daxilində rəqəm, hərf və yaxud qarışıq hərf-rəqəmlərdən ibarət kodlardır. Əgər siz ödənişli proqram almısınızsa bu proqram sizin elektron ünvanınıza serial ilə birlikdə göndərilir. Proqramı quraşdırılır, Proqramı açıb serial kodlarını proqrama daxil edilir və proqram rahat şəkildə istifadə etməyə başlanılır.
3. Patch nədir?
Patch fayllar da əsasən proqram paketlərinin içərisində yerləşdirilmiş aktivasiya üsuludur. Bu aktivasiyalar da proqramın quraşdırıldığı qovluğa köçürülür və istifadə olunan zaman proqramın lisenziya tələbini ləğv edir. Bu aktivasiya üsulu da crack'lar kimi lisenziya yoxlaması edən faylın serverlə əlaqəni kəsməyə kömək edirlər.
4. NFO nədir?
Crack qrupuna aid məlumatın yerləşdirildiyi və notepad vasitəsiylə açılabilən fayl növüdür. Proqramı yükləyərkən paketdə crack, keygen, serial və s. aktivləşdirmə vasitələrindən hansı yerləşdirilibsə onlar haqqında məlumatlar həmin nfo faylının tərkibində yazılır.
Proqramı yükləyəndən sonra antivirus virus olduğunu göstərdi. Nə edim?
İlk öncə nəinki bizim saytdan, bütün saytlardan yükləmə edən zaman yüklədiyiniz faylı açmazdan əvvəl antivirus vasitəsilə yoxlayın. Virus tapılarsa, istifadə etməkdən çəkinərsinizsə, saytımıza inamınız yoxdursa silin. Sizə "bizə inanın" kimi sözlər demirik. Bunu da nəzərinizə çatdırmalıyam ki, Aktivasiyaların tərkibində xüsusi hack faylları yerləşdirilir ki, bunlar proqramların lisenziya tələblərini hack etməyə kömək edir. Antivirusların bu faylları virus kimi görmə səbəbi budur.
Kompyuterə necə whatsapp yükləyim?
Kompyuterə whatsapp yükləmək üçün aşağıdakı linkdən yararlana bilərsiniz. Burada sual yazmış istifadəçinin sualına cavab olaraq hər şey izah olunub.
Whatsapp-ın Kompyuterə Quraşdırılması - [Daxil olun]