» » Facebook giriş problemi [Novruz Rəhimli]
Facebook giriş problemi [Novruz Rəhimli]
Salam. Mən facebookda profilimlə qeydiyyatdan keçmişəm, lakin təsdiqləmək üçün nömrə də qeyd etmişəm. Hər dəfə başqa proqramla facebooka girəndə nömrəmə mesaj olaraq kod gəlirdi, onu yazıb girirdim. Hazırda nömrəmi itirmişəm və yenə face-ə daxil olmaq istədikdə kodu nömrəmə göndərdiyini deyir. Bunun həlli yolu varmı?

Sual müəllifi:

Novruz Rəhimli

Verilmiş cavab sayı: 1

Aleykum salam. Əgər nömrənin bərpası mümkün deyilsə o zaman siz hesabınızda aktivləşdirdiyiniz o funksiyanı facebook rəhbərliyinə bildirməklə sildirə bilərsiniz.
Əvvəlcə hesabınıza daxil olmaq üçün həmişəki kimi daxil olun və aşağıdakı addımları edin və formanı doldurun. Əlaqə nömrəsi xanasında nömrənizi +994 ilə daxil edin.
"Karşılaştığınız sorun" xanasında telefona erişimimi kaybettim seçimini seçin.
"Karşılaştığınız sorunun açıklaması" xanasında isə problemi tam şəkildə yazın. Məsələn:
Merhaba, ben hesabıma giriş yapmak için onaylama kodu kullarnıyordum. Ama şimdi telefonumu kaybettim ve telefon numaramın kopyasının çıkartılması mümkün değil. Sizden onay kodu isteğinin kaldırılmasını rica ederim. Önceden teşekkürler.
"Kimliğiniz" bölməsinə çatanda şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi sənədlərdən birinin şəklini çəkib oradan seçin və göndərin. Diqqətli olun vəsiqənin üstündə seriya və fin kod yazılan yerləri və ünvanınız yazılan yeri gizlətməyi unutmayın. Şəkli çəkdikdən sonra kompyuterdə paint proqramında həmin yerləri rəngləyə bilərsiniz.
Sorğunu göndərdikdən bir neçə saniyə sonra e-mail adresinizə göndərdiyiniz sorğunun bildirişi gələcək. Bu o qədər də önəmli deyil. bir neçə saat sonra isə (1 gün də çəkə bilər) e-mail adresinizə profilinizin açılması haqda bildiriş gələcək.
Uğurlar.






Bildiriş

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.