» » Kompyuter ekranı işləmir
Kompyuter ekranı işləmir
Salam admin mənim kompyuterimin ekranında problem var. Deməli komputerin kodunu yazıram açılır ama tam yox windows işarəsi gəlir və sonra sadəcə ekran sönür ama prosessor işləyir . zəhmət olmasa mənə kömək edə bilərsiz?

Sual müəllifi:

Okaber-Karabin

Verilmiş cavab sayı: 6

Salam. yazmısınız ki ekran sönür.. Yəni ekranda olan işıq tamamilə yox olur? Yoxsa mausun oxu və yaxud başqa bir şey görünür?
salam hər vaxtdınız xeyir bəli sadəcə ekran təmamilə sönür ama prosessor işləyir. Problem ne ola bilər?
Problem videokartdan qaynaqlana bilər. Kompyuteri söndürün, videokartı çıxardıb tozunu təmizləyin, Slotunu təmizləyin. Daha sonra videokartı yerinə qaytarıb kompyuteri işə salın görün köməyi oldumu.
Hər ehtimalla BIOS batareyasını çıxarın, 1 dəqiqə gözləyin və yerinə qaytarın. Bunu etdikdən sonra ekran normal açılsa saatı və tarixi düzəldin.
Nəticəni burda yazın.
salam admin hər vaxtınız xeyir. dediyiniz kimi elədim ama yenə alınmadı kompyuteri format eləmək istəyirəm alnmır. ekran qaralmağı nədən olabilər? səbəb nədir? çünki formatın birinci mərhələsində ekran gorünür sonra disq göstərmir. kompyuterin 3 usb portu var. 3-nü də yoxlamışam alnmır, həm də kompyuterin diskovodu yoxdur. nə edim bilmirəm.
Aleykum salam. Başqa flashkartla yoxlayın, və yaxud başqa sistemlə yoxlayın. Məsələn: windows 7 ilə yoxlamısınızsa windows 8.1 ilə yoxlayın.
Bundan əlavə mümkün olan halda usb diskovodla yoxlayın.
salam admin qardaşım siz dediyiniz kimi elədim yəni flaşda kı üin7 sistemini silib 8.1 yazdım və təzədən formatladım alındı indi ekran tam açılır çox sağolun köməy etdiyiniz üçün

Bildiriş

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.