1. İlk olaraq qeyd etməliyəm ki, USB yaddaşının həcmi 8 Gb-dan az olmamalıdır.
2. Proqramı quraşdırırıq və ekranda yerləşən ikonun üzərində mausun sağ düyməsini sıxıb Administrator olaraq açırıq.
3. Proqram açılanda aşağıda göstərilən bölmədən Open əmrini seçirik.
4. Açılan pəncərədə kompyuterin yaddaşından windows 7 və yaxud windows 8 sistemini seçirik (mən windows 7 seçmişəm).
5. Sistemi seçdikdən sonra proqram sistemi aşağıdakı kimi göstərəcək.
6. Sistemi yazmağa başlayaq. Bunun üçün "Bootable" bölməsindən "Write disk image" seçilir..
7. "Write disk image" əmrini seçdikdə aşağıdakı pəncərə açılacaq. Burada USB qurğunuz avtomatik olaraq tanınır. İstəsəniz USB-ni formatlaya bilərsiniz və sistemi yazmağa başlaya bilərsiniz. Gördüyünüz kimi 1 ilə işarə olunan yerdə USB qurğunun adı və yaddaş tutumu görünür. Yazmağa başlamaq üçün 2 ilə işarələnmiş "Write" əmrini verməliyik.
8. "Write" əmrini verdikdən sonra aşağıdakı sorğu pəncərəsi görünəcək və sizə bildiriləcək ki, bu əməliyyat zamanı USB qurğunun yaddaşındakı fayllar silinəcək. Burada bu istəyi təstiqləmək lazımdır. Bundan sonra yazma prosesi başlayacaq.
9. Yazma prosesi başlayıb.
10. Yazma prosesi bitdi. Qırmızı ilə işarələnmiş yazıdan göründüyü kimi proses uğurla başa çatıb.
11. Bu qədər. Göründüyü kimi artıq kompyuter USB qurğunu sistem diski kimi tanıyır. Format zamanı boot menyudan "USB hard drive" əmrini seçmək və formata başlamaq lazımdır.
QEYD: Əgər hal - hazırda işlətdiyiniz sistem Windows 8-dirsə yazmaq istədiyiniz sistem Ekranda olmalıdır.
İstəkdən asılı olaraq video dərslik də paylaşıram. Buyurun.