» » » İstifadəçilərin Nəzərinə. DİQQƏT!

İstifadəçilərin Nəzərinə. DİQQƏT!

  • 2501
  • 8-12-2016, 00:56
  • 9
İstifadəçilərin Nəzərinə. DİQQƏT!


Saytımızın dəyərli istifadəçiləri, xahiş olunur bu yazımızı diqqətlə oxuyasınız!

Son zamanlar əksər kompyuter istifadəçilərinin qarşılaşdığı problemlərdən biri kompyuterə reklamların yüklənməsidir. Brauzerlərin əsas səhifəsini ələ keçirən və siz istəmədiyiniz halda öz-özünə saytlar açan reklamlar.
Bunun bir başqa növü saytlarda yayılıb. Film izləyən zaman sağda, solda, aşağıda, yuxarıda reklamlar görünür, saytın dörd bir yanını tutur. Bağlamaq istəyən zaman başqa bir sayta yönəlir.

Windows-Az.NET saytında siz heç vaxt yuxarıda yazılan reklamlardan görə bilməzsiniz. Biz heç vaxt bu tip reklamlar yükləmirik. Əgər bu reklamları saytda görürsünüzsə deməli sizin kompyuterə reklamlar yüklənib. Bu reklamları göstərən həmin reklam viruslarıdır.

Kompyuterə hər hansı bir pulsuz (lisenziya tələbi istəməyən) proqram yükləyən zaman Next → Next etmədən öncə proqramın sizə verdiyi seçimlərin hansıları ilə razılaşdığınıza fikir verin.
Bir çox pulsuz proqramlarda reklamlar yerləşdirilir. Bittorrent, uTorrent, Aimp, Daemon Tools Lite kimi bəzi versiya proqramlar bu proqramlardandır.
Proqram yüklənən zaman bu reklamların qarşısında quş işarələri və yaxud "Accept - Decline" (Разрешать - Не разрешат) seçimləri, həmçinin "Skip" (Пропустить) butonu olan pəncərələr açılır. Bunlara mütləq fikir verin. Quş işarəsi qoyulubsa silin, Reklamın qarşısında "Accept" işarələnibsə "Decline" işarələyin və yaxud "Skip" seçin. Biz saytda adları yazılan Bittorrent, uTorrent, Aimp3, Daemon Tools Lite proqramlarının linkini yerləşdirən zaman lazımi xəbərdarlığı və quraşdırma qaydasını paylaşmağa çalışırıq. Bu səbəbdən diqqətli olun.

Bir çox türk saytlarında, reklam saytlarında "İndir - Download now - Скачать сейчас" tipli butonlar yerləşdirilir. Bunların hamısı reklam xarakterli, fonda sizə lazım olmadan işləyən reklam viruslarının linkləridir. Bizim saytda bu cür butonlar yoxdur və olmayacaq.
Məsələn:

İstifadəçilərin Nəzərinə. DİQQƏT!


Qazanc əldə etmək üçün bc.vc, adf.ly, linkshrink.net kimi reklam yönləndirmələri xidməti verən saytlarla qətiyyən işləmirik. Bizim saytda verilən linklər birbaşa yükləmə səhifəsinə yönələn linklərdir və aşağıdakı kimidir.

İstifadəçilərin Nəzərinə. DİQQƏT!


İndi isə keçək saytlarda yerləşdirilmiş reklamların bloklanmasına.
Aşağıdakı linkdən adblock əlavəsini brauzerinizə quraşdırın.
https://adblockplus.org/
Hansı brauzeri istifadə edirsinizsə sayt avtomatik istifadə etdiyiniz brauzeri tanıyacaq və ona uyğun quraşdırma butonunu aktiv edəcək.
Məsələn:

İstifadəçilərin Nəzərinə. DİQQƏT!


Youtube videoların ətrafında reklamlar yerləşdirir. Quraşdırmadan sonra adblock proqramının blokladığı reklamların sayını aşağıdakı şəkildə göstərdiyim yerdə görə bilərsiniz.

İstifadəçilərin Nəzərinə. DİQQƏT!


İstifadəçimizin tövsiyyəsi:
Google Chrome üçün Chrome marketdə extension halında pulsuz əlavə mövcuddur.Amma kompyuterlər üçün setup halında olan versiyası pulludur.
Bundan əlavə Adblock pro adlı əlavədən də istifadə edə bilərsiniz aşağıda qoyduğum şəkildəki user saylarından da faydalı proqram olduğu aydın olur.


İstifadəçilərin Nəzərinə. DİQQƏT!

İstifadəçilərin Nəzərinə. DİQQƏT!

İstifadəçilərin Nəzərinə. DİQQƏT!


Ümid edirəm bu yazımız sizlərin işinizə yarayar.
Uğurlar. Hörmətlə,
Windows-Az.NET komandası.

Mövzu haqqında

Yükləmə linkləri

Yerləşdirilib: 8-12-2016, 00:56

Bölmə: Digər / Sual-cavab

Paylaşdı: Administrator

Diqqət! Yükləmə linklərini görmək üçün xahiş olunur Qeydiyyat keçəsiniz

Sosial şəbəkədə paylaş:

Digər mövzular

Şərhlər

Çox yaxşı proqramdır. məndə telefonun özündə var
Allah Sizdən Razı Olsun :) Gec də Olsa Bu Xəbərin Paylaşılması Yaxşı Olub!
Elə bu cür reklamlar olmadığına görə yükləmə üçün sizin saytı seçmişəm. ya mail ru clouda upload edirsiz faylı yada mega nz -ə
Birdə natiq qardaş mailinə baxardın zəhmət olmasa orda sənə bir ismarıc yazmışam.

hə birdə brauzerlər üçün başqa reklam bloklayan məsləhətli və güclü proqram adguard-dlr
Google xrom üçün xrom marketdə extension halında pulsuz var amma personalni kompyuterlər üçün setup halında olan versiyası pulludur.
Bundan əlavə adblock pro adlı əlavədəndə istifadə edə bilərsiz aşağıda qoyduğum şəkildəki user saylarnnan da görünürki faydalı proqramlardır.




djaron1997, paylaşdığın məlumat üçün təşəkkürlər.
Natiq hal-hazırda əsgərlikdədir. Bu səbəbdən mesajlara mən baxıram imkan olduqca. Mənim kömək edə biləcəyim işdirsə mənə şəxsən yaza bilərsən.
Yo ehtiyac olmadı artıq başqa forumdan tapmışam istəyim isə təmiz (MSDN) windows 10 pro idi saytınızda türkçə və rusca var amma mənə ingiliscə lazım idi onuda başqa bir forumdan torrent şəklində tapdım yüklədim yoxladım normal işləyir İstəsəz sizinlədə paylaşa bilərəm.
Bu arada mən yuxarıda yazdığım reklam əngəlləyən proqramları və əlavələri yoxlamışam bu postunuza redaktə edib o məlumatları əlavə eləsəz sevinərəm.
Həm insanlar daha çox maariflənər bu sahədə həmdə postunuz daha yararlı olar.
Birdə saytınızdakı windows 10 ları yeniləməyiniz tvsiyyə edirəm çünki bu yaxınlarda daha dəqiq fevral ayında windows 10 a təzə obnovleniya gəldi bu obnovleniyada bir çox xəta düzəltmələri var (ən əsası saytınızdakı windowslar artıq köhnəlib) ona görədə əlavə eləsəz sevinərəm.
Ən son versiya windows----------> 10 1511(10.586) Fevral updatesinin versiyası budur

Diqqət yetirib şərhimi cavablandırdığınız üçün sizə təşəkkür edirəm
Natiqə də hərbi xidmətini müvəffəqiyyətlə başa vurmasını arzulayıram.İnşallah tezliklə sağ salamat qayıdar aramıza.
O tip istəklər olanda Sual-Cavab bölməsində yazın, link verə bilərəm. Hal-hazırda 7 GB tutumlu, 2016 Mart update-ləri olan windows 7 AIO paket sistemin paylaşılması planda var. Çox güman ki hiss etmisiniz. Saytda paylaşılmazdan öncə proqramları, sistemləri test edirik (bəzi oyunlardan başqa). Ondan sonra paylaşırıq. Bu səbəbdən paylaşımlar zaman alır.
Windows 10 da paylaşılacaq. Həm rus, həm də ingiliscə.
Rəyiniz xəbərə əlavə olundu.
Əla!
o dediyiniz vindovs 7nin linki varsa xaiş edirəm şəxsidə yazın mənə
AİO paket deyəndə nəyi nəzərdə tutursuz All in one? Yəni bütün versiyalar və bitlər bir iso faylında ya necə?
Birdə onu paylaşmazdan əvvəl əgər test edirsizsə xaiş edirəm windovsu paylaşarkən
GWX.exe yəni windows 10 update znakı olan update içindədirsə bunu xəbərdə qeyd edinki istifadəçilər xəbərdar olsun..
djaron1997, bəli, All In One nəzərdə tuturdum amma heyf ki, sistem özünü doğrultmadı..
Çox güman ki, daha kiçik ölçülü versiyasını, həm ingilis, həm rus dili olan windows 7 paylaşacağam..
Həmçinin Windows 10-da onun kimi.
Yaxşı olar ki, mövzunu başqa yönə dəyişməyək. Çünki mövzu başqadır..
Sistemlər saytda paylaşılan kimi, sistemi paketləyənin verdiyi bütün məlumatlar da xəbərin tərkibində paylaşılacaq..
oldu onda ehtiyac olsa yeni mövzu açaram köməyinizə görə minnətdaram.

Bildiriş

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.