TechSmith Camtasia Studio proqramı ilə kompüterinizin ekranınında gördüyünüz hər şeyi videoaya çəkə bilərsiniz. Kömək məqsədli, fərdi ya da təşkilati vizual videolar hazırlaya bilərsiniz, kompüterinizdə bir məhsulu tanıda bilər eyni anda bunu qeyd edə bilərsiniz.
TechSmith Camtasia Studio proqramı bu mövzuda olduqca bacarıqlıdır. Kompüterinizdə etdiyiniz əməliyyatları video olaraq qeyd etsəniz, qeydləri yenə proqramın interfeysi ilə kisə bilər, biçə bilər, efektler verə bilərsiniz.
Tam ekran, seçilən bölgə kimi bir çox variantda qeyd imkanı mövcuddur. Xüsusilə səsli qeydlər, mouse kursorlarına effektlər vermək proqramla mümkün olan və asanca yerinə yetirilə bilən əməliyyatlardır. Hazırladığınız videoları bir çox məşhur formatda əlavə bir proqram istifadə etmədən Camtasia ilə yaddaşa verə bilərsiniz və birbaşa olaraq Youtube saytına işlərinizi yükləyə bilərsiniz.
Camtasia Studio ilə istəsəniz tam ekran görünüşlərini və yaxud ekranın istədiyiniz hissəsini qeyd edə bilərsiniz.
PowerPoint qeyd etmə: Camtasia Studio toolbarını PowerPoint içində istifadə edərək istədiyiniz təqdimatı video olaraq qeyd edə bilər və iPodunuza yükləyib istədiyiniz yerdə izləyə bilərsiniz. Təbii ki, ayrıca CD, DVD və hətta internet mühitinə də qeyd edə bilərsiniz..
Webcam Video qeydi: Camtasia Studio webcamdan gələn görüntüləri ən keyfiyyətli şəkildə qeyd edər...
Səs və Video düzəlişləri: Səs və ya videolarınıza istədiyinizi əlavə edə, istədiyiniz effektləri verə bilərsiniz... Fon musiqisi əlavə edib, foto slayd nümayişi yarada bilərsiniz. Qısacası istədiyiniz hər şeyi edə bilərsiniz.
Kliplərə başlıqların əlavə olunması: Video kliplərinizə başlıqlar qoya bilər və istədiyiniz hissələri sıralamaları ilə ifadə edə bilərsiniz. Xüsusilə klip sonlarında kimlərin hazırladığını da yaza bilərsiniz.
Yaxınlaşma və uzaqlaşma: Ekrana zoom xüsusiyyəti ilə yaxınlaşın və efektləri nizamlayın. Bu sayədə daha çox professional təqdimatlar hazırlaya bilərsiniz.
Paylaşmaq: İstədiyiniz formatda yaddaşda saxlanma: Camtasia Studio sizə videolarınızı və ya səs fayllarınızı istədiyiniz formatda qeyd etmə imkanı təqdim edir. MP3, iPod video, Adobe Flash (SWF və ya FLV), AVI, WMV, QuickTime (MOV), RealMedia(RM), GIF və ya hətta (EXE) belə edə bilərsiniz.
Playback Barlarını və yükləmə barlarının təşkili: İstədiyiniz effektləri seçərək video acılışında sizi gözlədərkən cıxan hissələri xüsusiləşdirə bilər və bu sayədə daha da fərdi calışmalar hazırlaya bilərsiniz.